Cümə axşamı, May 14, 2026
Google search engine
EvCəmiyyətDövlət siyasi partiyalara etdiyi maliyyə yardımının həcmini açıqladı

Dövlət siyasi partiyalara etdiyi maliyyə yardımının həcmini açıqladı

Kütləvi informasiya vasitələrinin fəaliyyətinin təmin olunması məqsədilə 2020-ci ilin dövlət büdcəsindən üst-üstə 50,6 milyon manat vəsait yönəldilib.

Bu barədə Azərbaycan Respublikasının 2020-ci il dövlət və icmal büdcəsinin icrasına dair hesabatda məlumat verilib.

Həmçinin, vətəndaş cəmiyyətinin möhkəmlənməsinə və davamlı inkişafına nail olunması, ictimai əhəmiyyətli problemlərin həlli ilə bağlı qeyri-hökumət təşkilatlarına maliyyə yardımının göstərilməsi üçün 2020-ci ilin dövlət büdcəsindən 5,4 milyon manat vəsait ayrılıb.

2020-ci ildə dövlət büdcəsindən siyasi partiyalara isə 3,6 milyon manat maliyyə yardımı ayrılıb.

2020-ci ilin dövlət büdcəsində beynəlxalq fəaliyyət, beynəlxalq tədbirlərin keçirilməsi, beynəlxalq təşkilatlara üzvlüklə bağlı və digər xərclərə 179,7 milyon manat vəsait sərf olunub.

2020-ci ildə xarici ölkələrdə fəaliyyət göstərən Azərbaycan Respublikasının 73 diplomatik nümayəndəlik və konsulluqların, xarici ölkələrdə ticarət nümayəndəliklərinin fəaliyyətinin maliyyələşdirilməsi üçün 113,3 milyon manat vəsait yönəldilib.

RELATED ARTICLES
- Advertisment -
Google search engine

Most Popular

Recent Comments