Cümə, May 15, 2026
Google search engine
EvCəmiyyətBakıda avtobusun piyadanı vurması ilə bağlı RƏSMİ AÇIQLAMA

Bakıda avtobusun piyadanı vurması ilə bağlı RƏSMİ AÇIQLAMA

Ötən gün Bakıda piyadanı vuran avtobusun Bakı Nəqliyyat Agentliyinə məxsus olması ilə bağlı iddialara aydınlıq gətirilib.

Bu barədə Oxu.Az-a Bakı Nəqliyyat Agentliyindən (BNA) məlumat verilib.

Bildirilib ki, metronun “Elmlər Akademiyası” stansiyasının yaxınlığında baş verən qəza ilə bağlı araşdırma aparılıb:

“Hadisə özəl şirkətlərdən birinə məxsus xidməti avtobusun iştirakı ilə baş verib. Yəni ötən gün qeyd olunan ərazidə müntəzəm və ekspress xətlər üzrə sərnişin avtobuslarının iştirakı ilə piyada vurulması halı olmayıb”.

Xatırladaq ki, paytaxtın Yasamal rayonunda “Elmlər Akademiyası” stansiyasının yaxınlığında sərnişin avtobusu 15 yaşlı qızı vurub. Yaralı xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

RELATED ARTICLES
- Advertisment -
Google search engine

Most Popular

Recent Comments