Cümə, May 15, 2026
Google search engine
EvCəmiyyətBu ərazilərdə qaz olmayacaq! - DİQQƏT

Bu ərazilərdə qaz olmayacaq! – DİQQƏT

Paytaxtda bir sıra ərazilərində qaz olmayacaq.

Xəzər Pirallahı Gürgan qəsəbəsi, Damba ərazisində “Təmizqaz” tərəfindən qaz sayğaclarına texniki baxış keçirilməsi ilə əlaqədar olaraq qaz təchizatı dayandırılıb.

Suraxanı rayonu Hövsan qəsəbəsi O.Şabanov küçəsində “Təmizqaz” tərəfindən sayğac girişlərinin yivsiz, qaynaqla yığılması məqsədi ilə qaz olmayacaq.

Sumqayıt şəhəri Tağıyev qəsəbəsində də yeni çəkilmiş qaz xəttinin şəbəkəyə qoşulması məqsədi ilə əlaqədar olaraq, ərazidə qaz təchizatı dayandırılıb.

Nərimanov rayonu F.Xoyski , Ə.Əliyev, Təbriz küçələrində yeraltı qaz xəttində sızmanı aradan qaldırması məqsədi ilə ərazidə qaz olmayacaq.

Sabunçu rayonu Maştağa qəsəbəsi S.Vurğun və H.Aslanov küçələrində qeyri qanuni çəkilmiş qaz xətlərinin ləğv edilməsi ilə əlaqəli olaraq ərazidə qaz təchizatı dayandırılıb.

RELATED ARTICLES
- Advertisment -
Google search engine

Most Popular

Recent Comments