Cümə, May 15, 2026
Google search engine
EvCəmiyyətSu hövzəsində iki brakonyer saxlanılıb

Su hövzəsində iki brakonyer saxlanılıb

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin beş qrupu müxtəlif su hövzələrində sintetik torların yığışdırılması və qeyri-qanuni balıq ovlarının qarşısının alınması üçün tədbirlər görür.

Bu sözləri Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəis müavini Bəhruz Məhəmmədov Nazirliyin rəsmi “Facebook” səhifəsində yayımlanan “Ekspert saatı” verilişində ölkənin su anbarlarında sintetik torların çox olması iddialarına cavab olaraq deyib.

O bildirib ki, artıq iki min metrdən çox tor qurumun əməkdaşları tərəfindən aşkarlanaraq zərərsizləşdirilib:

“Eyni zamanda tədbirlər zamanı su hövzələrinin birində iki brakonyer də saxlanılıb. Əhalinin diqqətinə çatdırmaq istəyirik ki, bu istiqamətdə işlərimiz davam etdirilir”.

RELATED ARTICLES
- Advertisment -
Google search engine

Most Popular

Recent Comments