Cümə axşamı, May 14, 2026
Google search engine
EvCəmiyyətAzərbaycanda bu məktəbin 30 şagirdi buraxılış imtahanında iştirak edə bilmədi

Azərbaycanda bu məktəbin 30 şagirdi buraxılış imtahanında iştirak edə bilmədi

Yeni Qala qəsəbəsində yerləşən Xəzər rayonu, 323 nömrəli tam orta məktəbin bir qrup valideyni Təhsil Nazirliyinin qarşısına toplaşıb.

Valideynlər buraxılış imtahanında iştirak edə bilməyən övladlarının aqibəti ilə bağlı nazirliyin rəsmi nümayəndələri ilə görüşmək istəyib.

Nazirlikdən bildirilib ki, həmin məktəbdə təhsil alan 30-yaxın 11-ci sinfinin şagirdlərinin adı qeydiyyata salınsa da, təsdiq olunmayıb:

“Məsələ araşdırılaraq şagirdlərin valideynləri ilə danışıqlar aparıldı və işin müsbət həll olunacağı barədə qərar qəbul edildi”.

RELATED ARTICLES
- Advertisment -
Google search engine

Most Popular

Recent Comments