Cümə, May 15, 2026
Google search engine
EvİqtisadiyyatGUAM ölkələri innovasiyalar mərkəzi yaradacaq

GUAM ölkələri innovasiyalar mərkəzi yaradacaq

Demokratiya və İqtisadi İnkişaf naminə Təşkilat – GUAM çərçivəsində İnnovasiyalar və Texnologiyaların Transferi Beynəlxalq Mərkəzi yaradılacaq.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, bu barədə Ukrayna baş nazirinin müavini, sənayenin strateji sahələri üzrə naziri Oleq Uruski bildirib.

Onun sözlərinə görə, mərkəz gələcək “GUAM və tərəfdaşları” İnnovativ İnkişaf Beynəlxalq Korporasiyanın bir hissəsi olacaq.

Nazir qeyd edib ki, mərkəzin təsis olunması prosesinə yeni tərəfdaşlar cəlb olunacaq: “Məlum olduğu kimi, İsrail hökuməti GUAM-ın, ilk növbədə, elm və innovasiyalar sahəsində əməkdaşlıq üzrə tərəfdaşı olmaq arzusunu ifadə edib”.

RELATED ARTICLES
- Advertisment -
Google search engine

Most Popular

Recent Comments