Sabirabadda 22 yaşlı hamilə qadın xəstəxanaya çatmadan öldü

Sabirabadda 22 yaşlı hamilə qadın dünyasını dəyişib.

Median.Az APA-ya istinadən xəbər verir ki, 17 həftəlik hamiləliyi olan Sabirabad rayonunun Şəhriyar kənd sakini, 1999-cu il təvəllüdlü Əzizova Arifə Arif qızının halı pisləşdiyindən Sabirabad rayon xəstəxanasına çatdırılan anda keçinib.

Ölümün səbəbini aydınlaşdırmaq üçün tibbi ekspertiza təyin edilib, araşdırma aparılır.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *