Göygöldə 35 yaşlı qadın sirkə turşusundan zəhərlənib

Göygöl rayonunda qadın sirkə turşusu içərək özünü zəhərləyib.

“Report”un Qərb mərkəzinin məlumatına görə, hadisə rayonun Yeni Qızılca kəndində qeydə alınıb. Kənd sakini, 35 yaşlı Sevda Alınağıyeva hələ ki, məlum olmayan səbəblərdən sirkə turşusu içərək özünü zəhərləyib.

Qadın xəstəxanaya yerləşdirilib, vəziyyəti kafi qiymətləndirilir. Faktla bağlı araşdırma aparılır.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *