Cümə, May 15, 2026
Google search engine
EvCəmiyyətNarazı qazinin əlillik qrupu dəyişdirildi

Narazı qazinin əlillik qrupu dəyişdirildi

Vətən müharibəsi qazisi Hacı Vəliyevin əlillik problemi həll edilib.

Median.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə H. Vəliyev feysbukda paylaşım edib.

O bildirib ki, əlillik probleminin həlli üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə gedəcəyi barədə video paylaşdıqdan sonra nazirliyin bir sıra rəsmiləri onunla əlaqə saxlayıb: “2-ci qrup əliliyimin (5 il müddətə) təyin olunduğunu və təyin olunma haqqında sənədi göndərdilər”.

Qeyd edək ki, ƏƏSMN tərəfindən H. Vəliyevə 3-cü qrup əlillik təyin edilmişdi. Qazi isə 3 fərqli diaqnozla yararsız kimi təxris olunduğunu əsas gətirərək bu növ əlillik təyinatından imtina etmişdi.

RELATED ARTICLES
- Advertisment -
Google search engine

Most Popular

Recent Comments