Cümə axşamı, May 14, 2026
Google search engine
EvKriminalLənkəranda evdən 3 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb

Lənkəranda evdən 3 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb

Lənkəranda yaşayış evindən 3 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb.

DİN-dən  verilən məlumata görə, Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbəsinin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Lənkəran rayon sakini M.Ağayev saxlanılıb.

Polis əməkdaşları tərəfindən keçirilən baxış zamanı onun yaşadığı evin həyətindəki qarajdan bir ədəd torbada 3 kiloqram 210 qram qurudulmuş marixuana aşkarlanaraq götürülüb.

Faktla bağlı zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

RELATED ARTICLES
- Advertisment -
Google search engine

Most Popular

Recent Comments