Cümə, May 15, 2026
Google search engine
EvDünyaQarabağla bağlı məlumatlar “Google"a inteqrasiya ediləcək

Qarabağla bağlı məlumatlar “Google”a inteqrasiya ediləcək

Gənclər və İdman Nazirliyi Qarabağda yerləşən arxeoloji, tarixi, memarlıq, dini abidə, qoruq və Azərbaycan mənşəli coğrafi adlar barədə yazı, foto, video, 3D təsvir məlumatlarının “Google” veb-xəritə tətbiqinə inteqrasiya olunması, Qarabağın maddi və qeyri–maddi mədəni irsinə dair onlayn sərgi kontentlərinin hazırlanması, “Google” İncəsənət və Mədəniyyət onlayn platformasında yerləşdirilməsi və nümayişi ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.

“Report” vahid dövlət satınalmaları portalına istinadən xəbər verir ki, tenderin qalibi “Colorit Yaradıcılıq Emalatxanası” MMC-dir.

Qalib şirkətə 150 min manat ödəniləcək.

RELATED ARTICLES
- Advertisment -
Google search engine

Most Popular

Recent Comments