Cümə axşamı, May 14, 2026
Google search engine
EvDünyaBMT TŞ baş katib Antonio Quterresin namizədliyini ikinci müddətə təqdim edib

BMT TŞ baş katib Antonio Quterresin namizədliyini ikinci müddətə təqdim edib

BMT Təhlükəsizlik Şurası baş katib Antonio Quterresin namizədliyini ikinci müddətə təqdim etməyə səs verib.

“Report” AFP-yə istinadən xəbər verir ki, bununla bağlı yekdilliklə qərar verilməsi barədə şuranın hazırkı sədri, Estoniya nümayəndəsi Sven Yurgenson bildirib.

A.Quterresin ikinci müddətə seçilməsi üçün BMT Baş Asambleyası rəsmi qərar verməlidir.

72 yaşlı diplomat, Portuqaliyanın sabiq xarici işlər naziri 2017-ci ildən BMT baş katibi vəzifəsindədir. Hazırda həmin vəzifəyə 10-dək namizəd olsa da, 193 üzv ölkədən heç biri onları dəstəkləmir, həmin namizədliklər rəsmi statusa malik deyil.

A.Quterres birinci səlahiyyət müddəti boyu daha çox ABŞ prezidenti Donald Trampın birtərəfli, millətçi xarici siyasətinin fəsadlarını minimuma endirmək istiqamətində səylərilə yadda qalıb.

RELATED ARTICLES
- Advertisment -
Google search engine

Most Popular

Recent Comments