Cümə axşamı, May 14, 2026
Google search engine
EvCəmiyyətAzərbaycanda bir gündə koronavirusa yoluxanların sayı açıqlandı – FOTO

Azərbaycanda bir gündə koronavirusa yoluxanların sayı açıqlandı – FOTO

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 28 yeni yoluxma faktı qeydə alınıb, 49 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında operativ qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış bir nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 335 521 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 329 599 nəfər müalicə olunaraq sağalıb, 4 963 nəfər vəfat edib.

Aktiv xəstə sayı isə 959 nəfər olub.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 5 115, bu günə qədər isə ümumilikdə 3 680 977 test icra olunub.

RELATED ARTICLES
- Advertisment -
Google search engine

Most Popular

Recent Comments