Cümə axşamı, May 14, 2026
Google search engine
EvCəmiyyətGürcüstan parlamentində Novruzun milli bayram elan olunması məsələsinə baxılıb

Gürcüstan parlamentində Novruzun milli bayram elan olunması məsələsinə baxılıb

Gürcüstan parlamentinin İnsan haqları və vətəndaş inteqrasiyası Komitəsində ölkədə Novruzun milli bayram elan olunması ilə bağlı qanunvericilik təşəbbüsünə baxılıb.

Müzakirələr zamanı deputatlar vətəndaş təşəbbüsünü müsbət qiymətləndiriblər.

Komitə sədri Mixeil Sarcveladze bildirib ki, təklif kifayət qədər əsaslandırılmayıb və əlavə arqumentlər tələb edir. O, məsələ ilə bağlı müzakirələrin davam etdirilməsinə ehtiyacın olduğunu vurğulayıb.

Komitə üzvləri qanun layihəsinin müzakirəsinə təşəbbüskarların da dəvət olunması və onların da fikirlərinin öyrənilməsi təklifi ilə çıxış ediblər.

Qeyd edək ki, layihənin müəllifi ictimai fəal Samirə Bayramovadır. Sənəddə martın 21-nin Gürcüstanda qeyri-iş günü elan edilməsi təklifi də yer alıb.

RELATED ARTICLES
- Advertisment -
Google search engine

Most Popular

Recent Comments