Cümə, May 15, 2026
Google search engine
EvDünyaRusiyada ayı turistlərə hücum edib: Ölən və xəsarət alan var

Rusiyada ayı turistlərə hücum edib: Ölən və xəsarət alan var

Rusiyanın Krasnoyarsk bölgəsində yerləşən “Erqaki” Milli Parkında ayı turistlərə hücum edib.

Bu barədə Rusiyanın Baş İstintaq İdarəsinin Krasnoyarsk diyarı üzrə Regional İdarəsi məlumat yayıb.

Belə ki, ayının hücumu nəticəsində 16 yaşlı yeniyetmə aldığı xəsarətlərdən yerindəcə ölüb. Daha bir nəfər vəhşi heyvanın hücumu nəticəsində xəsarət alıb.

Ümumilikdə turist qrupu 13 nəfərdən ibarət olub.

Qeyd olunur ki, Baş İstintaq İdarəsi hadisə ilə əlaqədar araşdırmaya başlayıb.

Turistlər Fövqəladə Hallar Nazirliyinin Regional Qərargahının əməkdaşları tərəfindən Milli Parkın ərazisindən çıxarılıb.

RELATED ARTICLES
- Advertisment -
Google search engine

Most Popular

Recent Comments