Cümə axşamı, May 14, 2026
Google search engine
EvCəmiyyətDaha bir şəhid ailəsinə medal təqdim olundu

Daha bir şəhid ailəsinə medal təqdim olundu

Qaradağ rayon icra hakimiyyəti başçısı Süleyman Mikayılov və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qaradağ rayon idarəsinin rəisi Vüqar Seyidov tərəfindən şəhid Kapitan Abdullayev Rəşad Arif oğlunun ailəsi ilə görüş keçirilib və Vətən Müharibəsi Qəhrəmanı adının vəsiqəsi və medalı ailəsinə təqdim olunub.

Median.Az “Unikal.org”a istinadən xəbər verir ki, görüşdə şəhid ailəsinin, övladlarının arzu və istəkləri dinlənilib. Vətən Müharibəsi Qəhrəmanının ailəsi onlara göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevə və birinci Vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlığını ifadə edib.

Sonda şəhidin ailəsi və övladları ilə birlikdə xatirə şəkli çəkilib.

RELATED ARTICLES
- Advertisment -
Google search engine

Most Popular

Recent Comments