Cümə axşamı, May 14, 2026
Google search engine
EvİdmanMahir Emreli azarkeşlərə təşəkkür etdi

Mahir Emreli azarkeşlərə təşəkkür etdi

“Bizi Varşavada dəstəkləyən azarkeşlərə minnətdaram. Xüsusilə bu yağışlı havada Norveçə gələn fanatlarımıza təşəkkür edirəm”.

“Report”un məlumatına görə, bu fikirləri Polşa “Legiya”sının futbolçusu Mahir Emreli Norveçdə “Budyo Qlimt”ə 3:2 hesabı ilə qalib gəldikləri UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin ilk oyunundan sonra klubun rəsmi tvitter səhifəsinə açıqlamasında deyib.

Sözügedən qarşılaşmada dubl edən Azərbaycan millisinin hücumçusu bildirib ki, azarkeş dəstəyi olmadan oynamaq çətin olardı: “Buraya gəldiyiniz, bizi dəstəklədiyiniz üçün çox sağ olun”.

Qeyd edək ki, Mahir Emreli “Budyo Qlimt”lə matçın 41 və 61-ci dəqiqələrində fərqlənib.

RELATED ARTICLES
- Advertisment -
Google search engine

Most Popular

Recent Comments