“Türkiyənin iş adamları Azərbaycanda xizək turizminin inkişafına dəstək verməkdə maraqlıdır”.
Bunu bunu “Müstəqil Sənayeçi və İş Adamları Dərnəyi”nin (MÜSİAD) İdarə Heyətinin sədri Abdurrahman Uzun deyib.
Onun sözlərinə görə, MÜSİAD-ın qurucularından olan Erol Yarar da Azərbaycanda bu növ turizmə maraq göstərir: “E.Yarar bəy vaxtilə xizəkçilik federasiyasının rəhbəri olub. Bu səbəbdən də həmin sahə onun üçün maraqlıdır”.




