Cümə, May 15, 2026
Google search engine
EvDünyaTayland hökuməti üzvləri koronavirusla mübarizəyə dəstək üçün məvaciblərindən imtina etdilər

Tayland hökuməti üzvləri koronavirusla mübarizəyə dəstək üçün məvaciblərindən imtina etdilər

Taylandın Baş naziri Prayut Çan-Oça başda olmaqla, nazirlər kabineti üzvləri koronavirusa qarşı mübarizəyə maddi dəstək göstərmək üçün öz məvaciblərindən imtina ediblər.

“Thai PBS” teleakanlının məlumatına görə nazirlər üç ay müddətində əməkhaqqı almayacaqlar. Bunun sayəsində xeyli büdcə vəsaitinə qənaət ediləcək.

Qeyd edək ki, Taylandda Baş nazirin aylıq məvacibi 3.8 min dollar, Baş nazir müavinlərinin 3.6 min dollar, nazirlərin 3.5 min, nazir müavinlərinin isə 3.4 min dollardır.

RELATED ARTICLES
- Advertisment -
Google search engine

Most Popular

Recent Comments