Cümə axşamı, May 14, 2026
Google search engine
EvCəmiyyətOğuzda minik avtomobili yanıb - FOTO

Oğuzda minik avtomobili yanıb – FOTO

Oğuz rayonunda nəqliyyat vasitəsi hərəkətdə olarkən anidən alışıb.

“Report”un Şimal-qərb bürosunun məlumatına görə, hadisə bu gün axşam saatlarında şəhərin Heydər Əliyev prospektində qeydə alınıb.

Belə ki, Oğuz sakini Ağalar Qafarova məxsus “QAZ-3110” markalı minik avtomobili hərəkətdə olarkən anidən alışıb.

Hadisə yerinə Oğuz Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən texnikası və şəxsi heyəti cəlb olunub.

Yanğın nəticəsində avtomobilin mühərrik hissəsi təmamilə yanıb.

Yanğın zamanı sürücü xəsarət almayıb.

RELATED ARTICLES
- Advertisment -
Google search engine

Most Popular

Recent Comments