Cümə axşamı, May 14, 2026
Google search engine
EvDünyaQırğızıstanda bir ailənin altı üzvünü sel apardı - VİDEO

Qırğızıstanda bir ailənin altı üzvünü sel apardı – VİDEO

Qırğızıstanın Aksı rayonunun Jolborstu kəndində baş verən sel nəticəsində bir ailənin altı üzvü həlak olub.

Kəndin başçısı Toloqon Sultanmuratov “Sputnik Qırğızıstan”a verdiyi açıqlamada bildirib ki, həlak olan ailənin üzvləri çadırda olublar.

T. Sultanmuratov qeyd edib ki, 12 yaşlı daha bir uşaq ailənin qonağı olub, hazırda o, itkin düşmüş hesab olunur.

Qırğızıstanın Fövqəladə Hallar Nazirliyi hadisəni təsdiqləyib.

RELATED ARTICLES
- Advertisment -
Google search engine

Most Popular

Recent Comments