Tokio-2020: Yaponiya imperatoru açılış mərasimində iştirak edəcək

Yaponiya imperatoru Naruhito Tokio-2020 Yay Olimpiya Oyunlarının açılış mərasimində iştirak etmək və tədbir zamanı nitq söyləmək niyyətindədir.

O, açılışdan bir gün öncə – iyulun 22-də Beynəlxalq Olimpiya Komitəsinin (IOC) prezidenti Tomas Baxı ziyarət etmək istəyir. İyulun 23-də isə imperatorun xarici dövlətlərin rəhbərləri ilə görüşü nəzərdə tutulub.

Lakin Naruxito azarkeşlərlə bağlı qadağa səbəbindən yarışlarda tamaşaçı qismində iştirak etməyəcək.

Qeyd edək ki, olimpiada 23 iyul – 8 avqustda keçiriləcək.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *