Azərbaycanda körpələr evi koronavirusa görə bağlanıb

Tovuz rayonunun Aşağı Quşçu kəndindəki 1 saylı Körpələr evinin fəaliyyəti müvəqqəti dayandırılıb.

“Report”un Qərb Mərkəzinin məlumatına görə, buna həmin müəssisədə tərbiyəçi işləyən qadının koronavirusa tutulması səbəb olub.

Qeyd edək ki, həmin şəxs vaksin olunmasına baxmayaraq, COVID-19-a yoluxub.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *