Cümə axşamı, May 14, 2026
Google search engine
EvDünyaBƏƏ İsraildə səfirlik açdı

BƏƏ İsraildə səfirlik açdı

Birləşmiş Ərəb Əmirliyi (BƏƏ) israilin paytaxtı Təl-Əvivdə səfirlik açıb.

“RİA Novosi” xəbər yayır ki, mərasimdə İsrailin yeni Prezidenti İsaak Herzoq da iştirak edib.

“İsrailin prezidenti olduğum dövrdə BƏƏ-nin İsraildəki səfirliyinin bu tarixi açılışında iştirak etmək fürsətinə sahib olduğum üçün çox xoşbəxtəm. Biz mümkünsüzü mümkün hala gətirdik”, – deyə Herzoq mərasim zamanı bildirib.

Sonra təntənəli şəkildə lent kəsilib, İsrail prezidenti və BƏƏ-nin səfiri əl sıxışıblar.

Qeyd edək ki, iyun ayının sonunda İsrailin Əbu-Dabidəki səfirliyinin açılış mərasimi keçirilib və İsrailin Dubayda baş konsulluğu açılıb.

RELATED ARTICLES
- Advertisment -
Google search engine

Most Popular

Recent Comments