Cümə, May 15, 2026
Google search engine
EvCəmiyyətGənc aktrisaya qarşı seksual xarakterli hərəkətlər etmiş taksi sürücüsü polis bölməsinə gətirildi...

Gənc aktrisaya qarşı seksual xarakterli hərəkətlər etmiş taksi sürücüsü polis bölməsinə gətirildi – FOTO

Xəbər verdiyimiz kimi, Bakıda taksidə seksual xarakterli hərəkətlərə məruz qalan gənc aktrisa Lalə Süleymanova polisə muraciət edib.

Bu məsələ öz məntiqi davamını tapıb.

Belə ki, L.Süleymanova özünün “İnstagram” səhifəsində onun şikayəti ilə bağlı Bakının 17-ci polis bölməsinin apardığı araşdırmanın yekunları ilə bölüşüb.

Hüquq-mühafizə orqanlarının əməkdaşları nalayiq hərəkətlər etmiş Xəyyam adlı taksi sürücüsünü bölməyə gətirib ondan izahat alıblar və qadından üzr istəməsini təmin ediblər.

Xanımın bildirdiyinə görə, “Bolt” taksi sürücüsünün hərəkətlərinə hüquqi qiymət veriləcək.

RELATED ARTICLES
- Advertisment -
Google search engine

Most Popular

Recent Comments