Cümə axşamı, May 14, 2026
Google search engine
EvCəmiyyətHavada toz dumanı müşahidə edilir

Havada toz dumanı müşahidə edilir

İyulun 23-də səhər saatlarından başlayaraq Bakı şəhəri və Abşeron yarımadasında tozlu hava şəraiti müşahidə olunur.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, tozlu hava şəraiti lokal xarakterlidir.

Tozlu havaya səbəb şimal-qərb küləyinin güclənməsi nəticəsində torpağın üst qatında formalaşan toz kütlələrinin atmosferin yuxarı təbəqələrinə qalxmasıdır.

Avtomatik monitorinq stansiyalarından əldə olunan məlumata əsasən hazırda havada tozun miqdarı sanitar normadan 4.3 dəfə çoxdur.

Meteoroloji şəraitdən asılı olaraq tozlu havanın yaxın iki gün ərzində davam edəcəyi gözlənilir.

RELATED ARTICLES
- Advertisment -
Google search engine

Most Popular

Recent Comments