Cümə, May 15, 2026
Google search engine
EvDünyaGürcüstanda silsilə zəlzələlər baş verib

Gürcüstanda silsilə zəlzələlər baş verib

Ötən gecə Gürcüstanın Ermənistanla sərhədi yaxınlığında (Sameba kəndi) silsilə zəlzələlər baş verib.

“Sputnik Gürcüstan” bu barədə ölkənin Milli Seysmoloji Monitorinq Mərkəzinə istinadla məlumat yayır.

3,7 bal gücündə ilk təkan yerli vaxtla 23:42-də qeydə alınıb. Bundan sonra təkanların şiddəti artmağa başlayıb və ən güclüsü Tbilisi vaxtı ilə 05:44-də baş verib. Bu zəlzələ 5,1 bal gücündə olub.

Həmçinin “Anadolu” agentliyi məlumat verir ki, Gürcüstanın Türkiyə sərhədinə yaxın Ninotsminda bölgəsində gecə saatlarında 4,6 bal gücündə zəlzələ qeydə alınıb.

Dağıntılar barədə məlumat verilmir.

RELATED ARTICLES
- Advertisment -
Google search engine

Most Popular

Recent Comments