Cümə axşamı, May 14, 2026
Google search engine
EvDünyaUNESCO-dan Əfqanıstanla bağlı dünyaya ÇAĞIRIŞ

UNESCO-dan Əfqanıstanla bağlı dünyaya ÇAĞIRIŞ

BMT-nin Təhsil, Elm və Mədəniyyət Təşkilatı (UNESCO) beynəlxalq ictimaiyyətə müraciət edib.

Təşkilat Əfqanıstanda yerləşən və ümumdünya mədəni irs siyahısına daxil edilən tarix, təbiət və mədəniyyət abidələrini qorumağa çağırıb.

TASS agentliyi xəbər verir ki, bu açıqlama ilə UNESCO-nun mətbuat xidmətinin nümayəndəsi Tom Malar çıxış edib.

“UNESCO Əfqanıstanda baş verənləri yaxından izləyir və işçilərinin təhlükəsizliyini təmin etmək üçün Birləşmiş Millətlər Təşkilatının tərəfdaş qurumları ilə mütəmadi əlaqə saxlayır”, – deyə Tom Malar vurğulayıb.

O əlavə edib ki, Əfqanıstan ərazisində yerləşən zəngin mədəni, tarixi irs nümunələri bütün bəşəriyyət üçün müstəsna dəyərə malikdir və bu irs mütləq qorunmalıdır.

RELATED ARTICLES
- Advertisment -
Google search engine

Most Popular

Recent Comments