Cümə axşamı, May 14, 2026
Google search engine
EvCəmiyyətOva cəhd edən şəxslər cəzalandırıldı - RƏSMİ

Ova cəhd edən şəxslər cəzalandırıldı – RƏSMİ

Qarayazı Dövlət Təbiət Qoruğunun əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı Kür çayının qoruq ərazisindən keçən hissəsində qanunsuz balıq ovuna cəhd edən şəxslər saxlanılıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Arzu Səmədova bildirib ki, araşdırma zamanı brakonyerlərin Tovuz rayon sakini Amin Abdullayev və Ağstafa rayon sakini Biləndər Qurbanov olduğu məlum olub.

“Faktla bağlı təqsirkarlar barəsində qanunamüvafiq tədbirlər görülüb və onlardan qanunsuz ov alətləri götürülüb”.

RELATED ARTICLES
- Advertisment -
Google search engine

Most Popular

Recent Comments