Cümə axşamı, May 14, 2026
Google search engine
EvDünyaAntalyaya hər gün gələn turist sayı açıqlandı

Antalyaya hər gün gələn turist sayı açıqlandı

Antalya Ticarət və Sənaye Evi başçısı Davud Çətin bölgəyə hər gün gələn turistlərin sayını açıqlayıb.

TRT xəbər verir ki, o, Antalya hava limanı vasitəsilə hər gün orta hesabla 70 min turistin ölkəyə giriş etdiyini bildirib.

Çətinin sözlərinə görə, pandemiya və yanğınlar səbəbindən turizm mövsümünün mürəkkəbliyi nəzərə alındıqda, bu rəqəmləri kifayət qədər yüksək hesab etmək olar.

Həmçinin, Ticarət Evi rəhbəri ötən ilə nisbətən, bu mövsüm Türkiyədə turizm sektorunda canlanmanın olduğunu, Antalyadakı turist sayının 5 milyona yaxınlaşdığını qeyd edib.

RELATED ARTICLES
- Advertisment -
Google search engine

Most Popular

Recent Comments