Cümə axşamı, May 14, 2026
Google search engine
EvDünyaLivanda 13 aydan sonra yeni hökumət qurulur

Livanda 13 aydan sonra yeni hökumət qurulur

Livan Prezidenti Mişel Aun ilə Baş nazir Nəcib Mikati yeni hökumətin qurulmasında razılığa gəliblər.

Məlumatı Livan Prezidentinin Administrasiyası yayıb.

Bildirilib ki, tərəflər arasında yeni hökumətin qurulması ilə bağlı qərarnamə imzalanıb.

Qeyd edək ki, 2020-ci il avqustun 10-da Livanın paytaxtı Beyrutda limanda partlayışdan sonra Hassan Diyab və Nazirlər Kabineti istefa vermişdi. Siyasi qruplar arasındakı anlaşılmazlığa görə ölkədə uzun müddətdir hökumət qurulmayıb.

RELATED ARTICLES
- Advertisment -
Google search engine

Most Popular

Recent Comments