Cümə, May 15, 2026
Google search engine
EvCəmiyyətOğuzda ictimai nəqliyyatda maska taxmayan sürücülər cərimələndi

Oğuzda ictimai nəqliyyatda maska taxmayan sürücülər cərimələndi

Oğuz Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinin əməkdaşları xüsusi karantin rejimi qaydalarının təmin olunması məqsədilə ictimai nəqliyyatda nəzarət-profilaktik tədbirlər həyata keçiriblər.

Bu barədə Daxili İşlər Nazirliyinin Şəki regional qrupu məlumat yayıb.

Bildirilib ki, tədbir zamanı ictimai nəqliyyatda bəzi sərnişin və sürücülərin tibbi maskadan istifadə etmədiyi, qaydalara biganə yanaşdığı aşkarlanıb. Onlarla izahedici söhbətlər aparılıb, ictimai nəqliyyatda olan zaman tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə etməyin zəruriliyi barədə məlumatlandırılıblar.

Həmçinin, taksilərdə şəffaf arakəsmələr quraşdırmayan sürücülər də yol polisi əməkdaşları tərəfindən müəyyən edilib, pandemiya dövrünün tələbləri bir daha onların diqqətinə çatıdırlıb.
Yoxlamalar zamanı ümumilikdə qaydaları pozan 20-yə yaxın şəxs barəsində intizam tənbeh tədbiri görülüb.

RELATED ARTICLES
- Advertisment -
Google search engine

Most Popular

Recent Comments