Cümə axşamı, May 14, 2026
Google search engine
EvCəmiyyətBakı məktəblərində diaqnostik qiymətləndirməyə start verildi

Bakı məktəblərində diaqnostik qiymətləndirməyə start verildi

Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən V-IX siniflər üzrə diaqnostik qiymətləndirməyə start verilib.

Bu barəde İdarədən məlumat verilib.

Məlumata görə, diaqnostik qiymətləndirmənin ilk günündə paytaxtın Səbail rayonu üzrə ümumi təhsil müəssisələrinin şagirdləri biliyini sınayıb.

Diaqnostik qiymətləndirmənin əsas məqsədi ötən tədris ilində ayrı-ayrı fənlər üzrə proqram materiallarının mənimsənilmə göstəricilərinin müəyyənləşdirilməsindən ibarətdir.

Diaqnostik qiymətləndirmə riyaziyyat, xarici dil və tədris dili üzrə keçirilir.

Şagirdlərə V siniflər üzrə ümumilikdə 30, VI-VII siniflər üzrə 45, VIII-IX siniflər üzrə isə 60 sual təqdim edilib.

Qeyd edək ki, sualların cavablandırılması üçün V siniflərə 60, VI-VII siniflərə 90, VIII-IX siniflərə isə 120 dəqiqə vaxt verilib.

RELATED ARTICLES
- Advertisment -
Google search engine

Most Popular

Recent Comments