Bakı-Qəbələ qatarlarından istifadə edənlərə şad xəbər

Fevralın 17-dən martın 17-nə kimi Bakı-Qəbələ-Bakı marşrutu üzrə qatarlar həftənin həm şənbə, həm də bazar günləri hər iki istiqamətdə fəaliyyət göstərəcək.

Median.Az bu barədə “Azərbaycan Dəmir Yolları” QSC-yə istinadən xəbər verir.

Məlumata görə, qatarlar saat 07:30-da Bakı Dəmiryol Vağzalından Qəbələyə, saat 19:00-da Qəbələdən Bakıya hərəkət edəcək.

Bilet almaq üçün “ADY Mobile” tətbiqi və yaxud www.ady.az saytından yaralanmaq olar.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *