Əlcəzairdə helikopter qəzaya uğrayıb, ölənlər var

Əlcəzair Hərbi Hava Qüvvələrinə məxsus hərbi helikopter ölkənin mərkəzi hissəsində qəzaya uğrayıb, 3 ekipaj üzvü həlak olub.

Median.Az “Report”a istinadən xəbər verir ki, bu barədə APS xəbər agentliyi Əlcəzair Prezident Admistrasiyasına istinadən məlumat yayıb.

“2024-cü il fevralın 7-də axşam planlaşdırılmış gecə təlimi zamanı Hərbi Hava Qüvvələri Komandanlığının hərbi vertolyotu Əl-Maniyə hava limanının yaxınlığında qəzaya uğrayıb”, – qeyd edilib.

Qəzanın səbəbləri ilə bağlı araşdırmalara başlanılıb.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *