Məktəbin istilik PROBLEMİ: Şagirdlərin davamiyyəti AŞAĞIDIR – VİDEO

Samux rayon Tatlı kənd ümumi orta məktəbinin şagirdləri soyuq sinif otaqlarında dərs keçmək məcburiyyətində qalıblar.

Median.Az ATV-yə istinadən məlumat verir ki, məktəbin sinif otaqları ötən ilədək odun sobaları ilə qızdırılıb, daha sonra məktəbdə ümumi istilik sistemi quraşdırılıb.

Lakin, bu sistem kartla olan sayğacla işlədiyindən pul bitən kimi istilik də kəsilir.

Valideynlər bildiriblər ki, bir aydan çoxdur vəziyyət belədir. Övladlarının davamiyyəti aşağıdır.

Məsələ ilə bağlı Gəncə-Daşkəsən Regional Təhsil İdarəsindən bildirilib ki, sayğacda texniki problem yaranıb, lakin qısa müddətdə aradan qaldırılıb.

Ətraflı süjetdə:

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *