Rusiyadan dəhşətli mənzərə: Qatar “Qırmızı kitab”a daxil edilən ceyran sürüsünü “biçdi” – VİDEO

Rusiyanın Baykal diyarında qorxunc hadisə baş verib – qatar “Qırmızı Kitab”a daxil edilmiş nadir monqol ceyranlarının sürüsünü əzib.

Bununla bağlı dəhşətli görüntülər sosial şəbəkələrdə sürətlə yayılıb.

Videoda lokomotivin fiti aydın eşidilir, lakin maşinistin heyvanlarla toqquşmanın qarşısını almaq üçün əyləc tətbiq edib-etmədiyi hələ də aydın deyil.

Rusiya Dəmir Yollarının regional idarəsi artıq hadisə ilə bağlı xidməti araşdırmaya başladığını bildirib.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *