Azərbaycanlı idmançı: “UFC şou-biznesdir”

Mütləq Döyüş Çempionatında (UFC) yüngül çəki dərəcəsində çıxış edən idmançımız Nazim Sadıqov Azərbaycanda, Rusiyada və İngiltərədə fanatlarının olduğunu bildirib.

N.Sadıqov bu barədə xarici mətbuata açıqlamasında deyib.

“Mənə görə, UFC şou-biznesdir. Şikayət etmirəm, çünki bütün dünyada çoxlu pərəstişkarım var. Bəzən azarkeşlər gecə yarısı mənə zəng edirlər. Məni çox yerdə sevirlər. Mən elə döyüşməyə çalışıram ki, azarkeşlər mənim görüşlərimi səbirsizliklə gözləsinlər”, – UFC döyüşçüsü bildirib.

Qeyd edək ki, Nazim Sadıqov fevralın 15-də “UFC Fight Night 251” turnirində braziliyalı İsmael Bonfimlə döyüşəcək.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *