Biləsuvarda AĞIR QƏZA: Beş nəfər xəsarət alıb

Biləsuvar rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Median.Az “Report”a istinadən xəbər verir ki, hadisə köhnə Bakı-Astara magistralının rayonun Əsgərabad kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, VAZ-2115 və “Mercedes-Benz” markalı minik avtomobilləri toqquşub.

Qəza nəticəsində müxtəlif dərəcəli xəsarətlər alan beş nəfər Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *