Şəmkirdə 42 yaşlı kişi bıçaqlanıb: Arvadı şübhəli bilinir

Şəmkirdə bıçaqlanma hadisəsi baş verib.

Hadisə rayonun Qasımalılar kəndində qeydə alınıb. Kənd sakini 1983-cü il təvəllüdlü N.Cəfərov bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib.

İlkin məlumata görə, 1991-ci il təvəllüdlü Aynurə Cəfərova ailə münaqişəsi zəminində həyat yoldaşına bıçaqla xəsarət yetirib.

Faktla bağlı araşdırma aparılır.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *