EvCəmiyyətŞəkidə ananın doğuşdan sonra ölümünün ilkin SƏBƏBİ AÇIQLANDI

Şəkidə ananın doğuşdan sonra ölümünün ilkin SƏBƏBİ AÇIQLANDI

Şəki rayonunun Zunud kənd sakini Nigar Qarayevanın doğuşdan sonra ölüm səbəbi məlum olub.

Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.

Məlumatda qeyd olunub ki, 14 fevral tarixində 1998-ci il təvəllüdlü hamilə qadın Şəki Perinatal Mərkəzə müraciət edib:

“Ona “38 həftəlik hamiləlik, uşaqlıq üzərində iki çapıq” diaqnozu qoyulub və həmin gün saat 11:50-də cərrahi yolla doğuş prosesi icra olunub, sağlam körpə dünyaya gəlib.

Fevralın 15-də günorta saatlarında zahı qadının halı pisləşib, boğulmadan şikayət edib. Dərhal Anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsinə yerləşdirilən zahı pasiyentə təxirəsalınmaz reanimasiyon yardımlar göstərilib. Həkimlərin çoxsaylı xilasetmə cəhdlərinə baxmayaraq, saat 14:15-də şəxsin ölüm faktı qeydə alınıb.

Meyit ekspertizaya göndərilib”.

SON XƏBƏRLƏR
Mövzu üzrə