Azərbaycanda ən çox əməkhaqqı bu sahədə verilir – MƏBLƏĞLƏR

2024-cü ilin ilkin məlumatlarına görə, Azərbaycanda muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı ötən illə müqayisədə 8,1% artaraq 1 009 manat olub.

Valyuta.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, neft-qaz sektorunda orta aylıq əməkhaqqı 3 729 manat, qeyri-neft sektorunda isə 959 manat təşkil edib.

Dövlət müəssisələrində çalışanların orta maaşı 975 manat, özəl sektorda isə 1 044 manat olub. Ən yüksək maaş mədənçıxarma sənayesində qeydə alınıb – bu sahədə çalışanlar orta hesabla 3 564 manat əməkhaqqı alıblar.

Ən aşağı maaş kənd, meşə təsərrüfatı və balıqçılıq sahəsində qeydə alınıb – bu sahədə çalışanlar isə orta hesabla 589 manat əməkhaqqı alıblar.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *