• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
Median.Az
Advertisement
  • Home
    • Home – Layout 1
    • Home – Layout 2
    • Home – Layout 3
    • Home – Layout 4
    • Home – Layout 5
    • Home – Layout 6
No Result
View All Result
  • Home
    • Home – Layout 1
    • Home – Layout 2
    • Home – Layout 3
    • Home – Layout 4
    • Home – Layout 5
    • Home – Layout 6
No Result
View All Result
Median.Az
No Result
View All Result
Home Cəmiyyət

Azərbaycana idxal edilən avtomobillərin yaş limiti azaldılacaq?

by
Fevral 18, 2025
in Cəmiyyət
0
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

Bildiyimiz kimi, “İstismar olunan minik avtomobillərinin Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilməsinin məhdudlaşdırılması haqqında” Nazirlər Kabinetinin Qərarı ilə 2023-cü ilin aprelindən zavod buraxılış tarixinə görə yaşı 10 ildən çox olan minik avtomobillərinin Azərbaycan ərazisinə gətirilməsi məhdudlaşdırılıb.

Bəs, görəsən, müasir çağırışlar fonunda tətbiq edilən 10 yaş limitinin azaldılmasına ehtiyac varmı?

Məsələ ilə bağlı nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı bildirib ki, buna ehtiyac görmür:

“Çünki avtomobil istehsalçısı deyilik, Azərbaycanın daxili kütləvi avtomobil istehsalı yoxdur. Başqa ölkələrin müştərək zavodlarında avtomobillər yığılır. Buna görə də avtomobillər üçün qoyulan yaş həddi məqbuldur”.

Ekspert vurğulayıb ki, məhdudiyyət yalnız qəzalı avtomobillərə qoyula bilər:

“Avtomobil parkının yenilənməsi yalnız bu formada həyata keçirilə bilər. Azərbaycanda buna çox ciddi ehtiyac var. Çünki alverçilər ancaq ciblərini fikirləşirlər. Onlar üçün avtomobilin hansı vəziyyətdə olması, bunun ölkəyə ziyan vurması əhəmiyyətli deyil. Qəzalı avtomobilləri ölkəyə gətirib kosmetik dəyişikliklərlə satırlar”.

E.Muradlının sözlərinə görə, Azərbaycan gələcəkdə avtomobil istehsalçısı olsa, yerli istehsalı stimullaşdırmaq üçün xaricdən gətirilən avtomobillərlə bağlı müəyyən məhdudiyyətlər tətbiq edilə bilər.

“Amma bu gün buna ehtiyac yoxdur. Əksinə imkan yaratmaq lazımdır ki, Azərbaycanda avtomobil parkı yenilənsin, köhnə avtomobillərin yığışdırılması ilə bağlı stimullaşdırıcı addımlar atılsın, yeni, xüsusən hibrid, elektikli avtomobil gətirənlərə müəyyən güzəştlər edilsin”, – deyə o qeyd edib.

Nəqliyyat məsələləri üzrə ekspert Aslan Əsədov isə açıqlamasında bildirib ki, Azərbaycan dünyada elektrikli avtomobillərin sürətlə yayılmasına adekvat yanaşır:

“Elektrikli avtomobillərin istehsalına, iş prinsipinə qarşı müəyyən təhlükələr var. Bəzi ölkələr elektrikli avtomobillərin istehsalı üçün müəyyən prosedurlara hazır deyil. İdxalı rəsmiləşən və yaxud ölkədə icarə verilən nəqliyyat vasitələrinə müəyyən məhdudiyyətlər tətbiq edirlər. Yaş limitinin qoyulması, utilizasiya proseslərinin aparılması bura daxildir”.

Ekspert deyib ki, Azərbaycanda da avtomobilləşmənin əsas meyarlarından biri də nəqliyyat vasitəsinin yaşıdır.

“Ölkədə yaşı 10-dan çox olan kifayət qədər avtomobil var. Bu məsələ ilk növbədə taksilərdə, xüsusən taksi parklarında və istismara qəbul edilən nəqliyyat vasitələrinin yenilənməsində özünü büruzə verdi. Yaş məsələsini gündəmə gətirmək bizim üçün hələ tezdir. Çünki kifayət qədər yeni avtomobillər gəlib. Onların yaşının yenilənməsinə hələ bir neçə il lazımdır. Ona görə bu parkın yenilənməsi bir az sual doğurur, çünki vaxt aparan prosesdir”, – deyə A.Əsədov fikrini yekunlaşdırıb.
//trend

Previous Post

Azərbaycan elektrikli avtobusların istehsalına başlayır – Tarix açıqlandı (VİDEO)

Next Post

Azərbaycanda ən çox əməkhaqqı bu sahədə verilir – MƏBLƏĞLƏR

Next Post

Azərbaycanda ən çox əməkhaqqı bu sahədə verilir - MƏBLƏĞLƏR

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
Elektrikli avtomobillər son 20 faizi niyə gec yığır? – Səbəb açıqlandı

Elektrikli avtomobillər son 20 faizi niyə gec yığır? – Səbəb açıqlandı

May 7, 2026
60 bal toplayan müəllim uğurunun sirrini açıqladı

60 bal toplayan müəllim uğurunun sirrini açıqladı

May 7, 2026
Qızılın qiyməti qalxdı

Qızılın qiyməti qalxdı

May 7, 2026
Tanınmış idmançı sevgilisinə görə güllələnərək öldürüldü

Tanınmış idmançı sevgilisinə görə güllələnərək öldürüldü

May 7, 2026

Leyla Əliyeva Yoqa Federasiyasının prezidenti seçildi

0

Bu gün Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür

0

Azərbaycanda itlər üçün gözəllik salonlarında ajiotaj – VİDEO

0

Məşhur Təranəyə cinayət işi açıldı – QADIN ALVERİ

0
Elektrikli avtomobillər son 20 faizi niyə gec yığır? – Səbəb açıqlandı

Elektrikli avtomobillər son 20 faizi niyə gec yığır? – Səbəb açıqlandı

May 7, 2026
Süni intellekt istifadəçilərin xarakterini söhbətlərdən müəyyən edə bilir (ARAŞDIRMA)

Süni intellekt istifadəçilərin xarakterini söhbətlərdən müəyyən edə bilir (ARAŞDIRMA)

May 7, 2026
Gəmiricilərdən insana keçən xəstəlik: Hantavirus nədir? – Professordan xəbərdarlıq

Gəmiricilərdən insana keçən xəstəlik: Hantavirus nədir? – Professordan xəbərdarlıq

May 7, 2026
Dövlət büdcəsinin gəlirləri proqnozu üstələdi

Dövlət büdcəsinin gəlirləri proqnozu üstələdi

May 7, 2026

Recent News

We bring you the best Premium WordPress Themes that perfect for news, magazine, personal blog, etc. Check our landing page for details.

Follow Us

Browse by Category

  • Afişa
  • Avto
  • Cəmiyyət
  • Dəb
  • Dünya
  • Əsəs Xəbərlər
  • Hadisə
  • İdman
  • İqtisadiyyat
  • Kriminal
  • Maraqlı
  • Müsahibə
  • Ordu
  • Reklam ®
  • Sağlamlıq
  • Siyasət
  • Şou Biznes
  • Xeyirxahlıq

Recent News

Elektrikli avtomobillər son 20 faizi niyə gec yığır? – Səbəb açıqlandı

Elektrikli avtomobillər son 20 faizi niyə gec yığır? – Səbəb açıqlandı

May 7, 2026
Süni intellekt istifadəçilərin xarakterini söhbətlərdən müəyyən edə bilir (ARAŞDIRMA)

Süni intellekt istifadəçilərin xarakterini söhbətlərdən müəyyən edə bilir (ARAŞDIRMA)

May 7, 2026
  • About
  • Advertise
  • Privacy & Policy
  • Contact

© 2026 JNews - Premium WordPress news & magazine theme by Jegtheme.

No Result
View All Result

© 2026 JNews - Premium WordPress news & magazine theme by Jegtheme.