Month: March 2018

  • İçərisində məktəblilərin olduğu avtobus dərəyə yuvarlandı

    ABŞ-ın Alabama ştatında içərisində 52 məktəblinin olduğu turist avtobusu dərəyə yuvarlanıb.

    Median.az “RİA Novosti”yə istinadən xəbər verir ki, hadisə nəticəsində 1 nəfər ölüb, 20-yə yaxın şəxs xəsarət alıb.

    Hazırda hadisə yerində xilasedicilər işləyir. Qəzanın baş vermə səbəbləri araşdırılır.

    Qeyd olunur ki, avtobus Hyuston şəhərindən məktəbliləri ekskursiyadan gətirirmiş.

  • Rusiya ABŞ-ı vurmaqla hədələdi

    ABŞ müdafiə naziri Cim Metis, Bəşər Əsəd rejimini vuracaqlarını açıqlamışdı

    “Əgər ABŞ, Suriya rejimini bombalasa, bölgədəki rus hərbi komandanlığı buna cavab verəcək”. Median.az CNBC-yə istinadən xəbər verir ki, bunu Rusiyanın Baş Qərargah rəisi, ordu generalı Valeri Gerasimov deyib.

    “ABŞ paytaxt Dəməşq də daxil olmaqla, Suriya ərazisini bombalayan zaman bizim hərbçilərin həyatına təhlükə yaranarsa, buna cavab veriləcək”.

    Gerasimov, rus əsgərlərini hədəf alan nə varsa, hamısının yox ediləcəyini söyləyib.

    Qeyd edək ki, dünən ABŞ müdafiə naziri Cim Metis (Jimm Mattis), kimyəvi silahdan istifadə etdiyi təsdiqlənsə, Bəşər Əsəd rejimini vuracaqlarını açıqlamışdı.

  • Üç güllə ilə qətlə yetirilən azərbaycanlı qadının öldürülməsinin təfərrüatı

    Məhkəmənin qərarından narazı qalan Abxaziya sakini keçmiş arvadını qətlə yetirib

    Azərbaycan əsilli Rusiya vətəndaşı Gülgəz Məmmədova Suxumidə odlu silahdan aldığı 3 güllə yarası nəticəsində həyatını itirib. Bu barədə Sputnik Azərbaycan-a Abxaziyanın hüquq-mühafizə orqanlarından məlumat verilib.

    Qeyd edək ki, martın 11-də gənc qadın Gülgəz Məmmədova Abxaziyanın Suxumi şəhərinin Aiaaira prospektində öldürülüb. Qatil Viktor Canba şübhəli şəxs qismində saxlanılıb. Hüquq-mühafizə orqanlarından verilən məlumata görə, qatil odlu silahdan istifadə edib.

    Hadisənin baş verdiyi yerdən 7.62 millimetr kalibrli “Kalaşnikov” avtomatı və boş gilizlər tapılıb.

    Qətlə səbəb nikahın pozulması ilə bağlı keçirilən məhkəmə prosesinin nəticəsi olub.


    2015-ci ilin 24 iyulunda Suxumi şəhər məhkəməsinin hakimi Orxan Çediya Gülgəz Məmmədovanın Viktor Canbaya qarşı qaldırdığı onların azyaşlı oğlunun yaşayış yeri ilə təmin edilməsi və anası ilə qalması barədə iddianı təmin edib. O vaxta qədər Məmmədova və Canbanın birgə nikahdan doğulan oğlu atası ilə yaşayırmış. Məhkəmənin oğlu anaya verməsi barədə qərarı Canbanı qəzəbləndirib və o, keçmiş arvadını öldürmək qərarına gəlib.

    Əvvəllər Qudauta rayonunun Xıpsta kəndində yaşamış 1982-ci il təvəllüdlü Rusiya vətəndaşı Məmmədova Gülgəz Sabit qızının qətlə yetirilməsi faktı ilə bağlı cinayət işi qaldırılıb.

    1978-ci il təvəllüqdlü Canba Viktor Teymuroviç isə Suxumidə yaşayıb. Dindirilmə zamanı o, bəyan edib ki, keçmiş arvadını uzun müddət davam edən və getdikcə dərinləşən düşmən münasibətləri zəminində öldürüb.

    Məmmədova 3 güllə yarası alıb və onlardan biri ürəyinə dəyib. O, bütün güllə yaralarını 1-2 metrlik məsafədən açılan atəş nəticəsində alıb.

    O da məlum olub ki, qadın məhkəmənin qərarına uyğun olaraq hər bazar günü uşağı keçmiş həyat yoldaşının evinə gətirirmiş. Sonuncu dəfə isə onların arasında münaqişə yaranıb və qətllə nəticələnib.

    Canbaya qarşı adam öldürmə və qanunsuz silah əldə etmə və saxlama maddələri ilə cinayət işi açılıb.

    Faktla bağlı araşdırma davam edir.

  • Yol polisinin bu cür fəaliyyəti tam qadağan edildi – Rəsmən

    DYP əməkdaşları bundan sonra gizli formada patrul və əməliyyat-xidməti apara bilməz

    Azərbaycanda Dövlət Yol Polisi (DYP) əməkdaşları tərəfindən nəqliyyat vasitələri ilə Yol-patrul xidməti (YPX) gizli və qarışıq formada patrul və əməliyyat xidməti aparmaq qadağan edilib. Bu, Daxili İşlər Nazirliyinin Kollegiyası tərəfindən qəbul edilən və mayın 19-dan qüvvəyə minən yeni “Yol-patrul xidməti haqqında Təlimat”da əksini tapıb. Ləğv edilən köhnə Təlimata əsasən, patrul və əməliyyat-xidməti nəqliyyat vasitələri ilə aparılan nəzarət aşkar, gizli və qarışıq olmaqla üç növə bölünürdü. Hərəkətə aşkar nəzarət YPX inspektorunun müəyyən olunmuş geyim formasında olmaqla, dövlət standartına uyğun rəng qrafikasına malik avtomobildə və ya motosikletdə xidmət aparmaqla, hərəkət iştirakçılarına yaxşı görünən yerdə durması idi. Xidmətin aparılmasının bu növü YPX-nın əsas funksiyası olaraq preventiv xarakter daşımaqla yol hərəkəti iştirakçılarını hüquqazidd hərəkətlər etməkdən çəkindirirdi. Gizli nəzarət xüsusi rəng qrafikası olmayan xidməti-əməliyyat və digər nəqliyyat vasitələrində mülki geyimdə və ya xidməti geyim formasında olan YPX inspektorları tərəfindən, əsasən sutkanın işıqlı vaxtında aparılırdı. Bu zaman aşkar olunan qayda pozuntuları barədə YPX inspektoru raport (Təlimata 14 saylı əlavə) tərtib edir ki, bu da nəqliyyat vasitəsinin dövlət qeydiyyatı üzrə uçota alındığı ərazinin DYP orqanına göndərilirdi. Qarışıq nəzarət xüsusi rəng qrafikası olan və olmayan (iki) patrul və əməliyyat-xidməti nəqliyyat vasitəsindən istifadə olunmaqla polis geyim formasında olan və olmayan YPX inspektorları tərəfindən həyata keçirilirdi. Hər iki nəqliyyat vasitəsinin heyətləri bir-biri ilə radio-cihaz vasitəsi ilə əlaqə saxlayaraq aşkar etdikləri qayda pozuntuları barədə məlumat verir və müvafiq tədbir görürdülər. Ümumi istifadədə olan nəqliyyat vasitələrinin sürücüləri tərəfindən yol hərəkəti qaydalarına riayət olunmasına gizli nəzarət formalarından biri YPX inspektorunun mülki geyimdə nəqliyyat vasitəsinin salonunda son dayanacağa qədər gedib, hərəkət yolunda sürücü tərəfindən yol verilən pozuntuların qeydə alınması idi. Zəruri olduqda, marşrutun sonunda və ya şəhərkənarı yollarda stasionar YPX postunda inspektor tərəfindən inzibati xəta haqqında protokol tərtib olunurdu. Gizli nəzarətin həyata keçirilməsi haqqında qərarı nizami hissənin komandiri, yol polis idarəsinin (şöbəsinin) rəisi və ya onu əvəz edən şəxslə razılaşdırmaqla qəbul edirdi. Yeni Təlimata əsasən isə, YPX inspektoru müəyyən olunmuş geyim formasında olmalı, üstündə xüsusi qrafikalı rəngli sxemlər, yazılar və tanınma nişanları olan, xüsusi işıq və səs siqnalları ilə təchiz edilmiş nəqliyyat vasitəsində xidmət aparmalıdır. Patrul avtomobili və YPX inspektoru yol hərəkəti iştirakçıları üçün kifayət edəcək məsafədən görünən olmalıdır. YPX avtomobillərinin görüntünü məhdudlaşdıran hər hansı maneələrin (ağaclar, bina və qurğular, reklam lövhələri və s.) arxasında, o cümlədən “Yol hərəkəti haqqında” qanunla dayanma, durma və parklanmanın qadağan edildiyi yerlərdə yerləşdirilməsi qadağandır.

    Qeyd edək ki, Yol-patrul xidməti Dövlət Yol Polisi qurumlarının tərkib hissəsi olaraq, yol hərəkəti iştirakçılarının həyatının, sağlamlığının, əmlakının, onların hüquqlarının, yol hərəkəti sahəsində dövlətin və cəmiyyətin maraqlarının qorunmasını, yol hərəkəti təhlükəsizliyinin, nəqliyyat vasitələrinin fasiləsiz və təhlükəsiz hərəkətinin təmin olunmasını, bu sahədə inzibati xətaların aşkar olunmasını, profilaktikasını və qarşısının alınmasını, habelə qanunla polisin üzərinə düşən digər vəzifələrin icrasını həyata keçirir./“Sputnik Azərbaycan”

  • Bakıda 5 gündür hədiyyənin sahibini axtarır – VİDEO

    Paytaxtda taksi fəaliyyəti ilə məşğul olan Kamil Hüseynov adlı şəxs hər kəsə nümunə olacaq bir addım atıb. O, günlərdir maşınında unudulan planşetin sahibini axtarır. Ancaq onun axtarışları hələ də nəticə verməyib. Məlum oldu ki, maşında unudulan planşet 8 mart məqsədi ilə kiməsə hədiyyə alınıb və həmin gün də sahibinə təqdim edilmədən itirilib.

    Median.az xezerxeber.az-a istinadən bildirir ki, 8 martda hədiyyə etmək üçün aldığı planşeti taksidə unutdu. Ancaq taksi şoferi həmin nə satıb nə də istifadə edib.

    Paytaxtda taksi fəaliyyəti ilə məşğul olan Kamil Hüseynov maşınında unudulan hədiyyənin sahibini tapmaq üçün “XəzərXəbər”ə müraciət edib. O, artıq 5 gündür ki, həmin hədiyyəni maşında unudan şəxsi axtarır. Onun axtarışları hələ də nəticə verməyib.

    Kamil Hüseynov deyir ki, əgər bu dəfə də hədiyyənin sahibi tapılmasa, polisə müraciət edəcək.

  • Apple назвала дату следующей презентации

    Корпорация Apple объявила дату ежегодного мероприятия для разработчиков WWDC 2018, пишет «Лента.ру».

    Конференция пройдет с 4 по 8 июня 2018 года в Сан-Хосе в McEnery Convention Center. В прошлом году WWDC проходила в этом же калифорнийском городе. Зал рассчитан более чем на шесть тысяч гостей, среди которых ожидаются тысячи разработчиков Apple. Регистрация участников закончится 22 марта.

    Предполагается, что на презентации представят новые версии операционных систем компании: macOS, iOS, watchOS и tvOS. Также аналитики рассчитывают, что на выставке будут продемонстрированы новые гаджеты Apple.

    На прошлогодней конференции WWDC Apple представила, в частности, свой новый iPad Pro с диагональю экрана 10,5 дюйма и с уменьшенными боковыми рамками.

  • Salyanda ağır qəza: 2 ölü, 2 yaralı var – VİDEO

    Salyanda yüksək sürət qəzaya səbəb olub. 2 minik avtomobilinin toqquşması nəticəsində 2 nəfər ölüb, 2 nəfər isə xəsarət alıb. Şirvan şəhərində isə mikroavtobusla yük maşını toqquşub, 15 nəfər xəsarət alıb.

    Salyanda baş verən avtomobil qəzada 2 nəfər dünyasını dəyişib. Hadisə rayonun Peyk kəndində baş verib.

    Median.az xezerxeber.az-a istinadən bildirir ki, 2 avtomobilin toqquşması nəticəsində 50 yaşlı Kəklik Şirəliyeva və onun oğlu, 31 yaşlı Ruslan Şirəliyev hadisə yerində dünyasını dəyişib. Qəza zamanı 2 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Hadisə yerinə gəlmiş xilsaetmə qurupunun əməkdaşları tərəfindən yaralılar və dünyasını dəyişənlər deformasiyaya uğramış avtomobildən çıxarılıblar. Yaralanan 57 yaşlı Şərifə Kərimova və 35 yaşlı Pərviz Qaraxanov Şirvan şəhər xəstəxanasına yerləşdirilib.

    Şirvan şəhərində isə mikroavtobusla yük maşını toqquşub. hadisə istixanada işləyən qadınlar səhər mikroavtobusla işə gedərkən baş verib. Nəticədə mikroavtobusda olan 15 sərnişin müxtəlif bədən xəsarətləri alıb. Onlar xəstəxanaya çatdırılıb. Hər iki faktla bağlı araşdırma aparılır.

  • В Баку девушка по неосторожности сделала себе харакири

    Сотрудники управления полиции Насиминского района расследуют факт получения девушкой проникающего ножевого ранения при неизвестных обстоятельствах.

    Как сообщили Oxu.Az в 19-ом отделении полиции района, в клинический медицинский центр с тяжелым ранением в область живота 12 марта в 01:00 поступила Гюнель Мустафаева, 1984 года рождения.

    Девушка дала показания, что ранение по неосторожности она себе нанесла сама на кухне в собственной квартире.

    Однако сотрудники полиции не верят словам пострадавшей и предполагают, что таким образом она старается отвлечь подозрение от человека, причастного к нанесению тяжкого телесного повреждения.

    По факту ведется расследование.

  • Toyuq əzəlidir, yoxsa yumurta? – Axır ki, cavab tapıldı

    Novruz bayramının ən gözəl adətlərindən biri yumurta boyamaqdır. Elə bir novruz xonçası olmaz ki, orada əl-əlvan boyanmış yumurta olmasın. Həmçinin yumurta döyüşdürmək də Novruz adətləri sırasındadır. Xüsusilə də uşaqlar yumurta döyüşdürməkdən böyük zövq alırlar. Bəs görəsən yumurta boyamağın və döyüşdürməyin xüsusi mənası varmı və bunlar nə məqsədlə həyata keçirilir?

    Median.az lent.az-a istinadən Milli kulinariya Mərkəzinin rəhbəri Tahir Əmiraslanovun bununla bağlı maraqlı məlumatlarını diqqətinizə çatdırır.

    Toyuq yumurtası bir çox xalqların bayramında süfrələri bəzəyir. Demək olar ki, dünyada mövcud olan bütün kosmoqonik əsatirlərin hamısında yumurta varlığın əsasını qoyan, cansız aləmdən canlı aləmə keçid simvolu kimi göstərilmişdir. Belə hesab edilir ki, əgər uşağı olmayan qadın yuxuda yumurta görürsə, onda həmin qadın tezliklə hamilə olar: “Qırmızı rəngə boyadılmış yumurta günəşi ifadə edir. Yaşıl rəngə boyanmış yumurta bitki aləmini, göy rəngə boyanmış yumurta isə səmanı əks etdirir. Yumurta bayramda təkcə qida deyil. O, bayram süfrəsini bəzəməklə yanaşı uşaqlar və gənclər arasında keçirilən oyunlarda oyuncaq rolunu oynayır. Məsələn, Pasxada “yumurta vurma”, azərbaycanlılarda isə bu oyun “Yumurta döyüşdürmək” oyunu adlanır. Yumurta sözü yumru, dairəvi sözündən əmələ gəlmişdir ki, bayramlarda yumurtanı yerlə, torpaqla müqayisə edirlər. Yer kürəsinin yumru formada olması haqqında məlumat bizə şumerlərdən qalıb. Alimlər bizi şumerlərin birbaşa nəsli hesab edirlər. Yeri gəlmişkən, Novruz ənənəvi fəlsəfi “Toyuq əzəlidir, yoxsa yumurta?” sualına çox gözəl cavab verir. Yəni Novruz bayramı mərasimi sübut edir ki, cansızdan canlıya doğru keçid simvolu kimi yumurta əzəlidir. Məsələ ondadır ki, yumurta bir tərəfdən cansız, digər tərəfdən isə canlıdır, yəni cansızla canlı arasındakı formadır və canlıdan əvvəldir. Yumurta döyüşdürmək oyununun da əsas məqsədi bunu yoxlamaqdır. “Canlıdır, yoxsa cansızdır” deyə sanki yumurtanı qırıb yoxlayırlar. Bundan başqa hər şeydən əzəli yerdir (torpaq) ki, bu da ən ilk və ən böyük yumurtadır”.

  • 11 nəfərin həlak olduğu təyyarə qəzası ilə bağlı yeni xəbər

    Xəbər verdiyimiz kimi 2 gün öncə Türkiyəyə məxsus təyyarə İranda qəzaya uğrayıb və nəticədə 11 nəfər həlak olub.

    Median.az bildirir ki, iranlılar bu faciəvi olayın baş verdiyi yerdə abidə ucaltmaq istəyirlər. Artıq qəzada həlak olanların ailələrinə bu barədə müraciət edilərək icazə istənilib. Ailələrin razılığı alındıqdan sonra təyyarənin düşdüyü yerdə abidə ucaldılacaq.