Month: March 2018

  • 27 qadını zorlamış “tavasifət” ləqəbli sabiq polis azadlığa çıxdı

    Rusiyada 27 qadını zorlayan sabiq yol polisinin həbsxanadan tez buraxılması etirazla qarşılanıb.

    Median.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Artur Kosiçın 14 il həbs cəzası alsa da cəmi 7 il həbsxanada qalıb. Dünən Rusuyada polis və dövlət orqanlarında işləmiş şəxslər üçün nəzərdə tutulmuş Nijni Novqoroddakı İslah Əmək Müəssisəsindən buraxılan keçmiş polis Moskvaya qayıdıb.

    O, bu cəzanı 2011-ci ildə almışdı. 2005-2009-cu illər ərzində manyak polis paytaxt Moskvada xoşuna gəldiyi qızları zorlamaqla məşğul olub.
    Onun qurbanları 25-30 yaş arası, arıq qızlar olurmuş. Ümumilikdə cinayət işində 39 epizod olub.

    Məhkəmə zamanı “tavasifət” ləqəbi verilən manyakın polis sisteminə necə düşməsi də sual doğurub. Məlum olub ki, o hələ 16 yaşında parkda gəzən qadına hücum edərək zorlamaq istəyib. Ancaq alınmayıb. Həmin vaxt ona şərti cəza verib, ruhi əsəb dispanserinə yerləşdiriblər.

    Kosiçın dəlixanaya bir neçə dəfə düşüb, buna görə hətta orduya da çağırılmayıb. Şərti cəzası və ruhi xəstəxanada olmasına baxmayaraq 10 il hüquq-mühafizə orqanında çalışıb. Əməllərini davam etdirib. Zöhrəvi xətə olduğundan bu xəstəlkləri zorladığı qadınlara da keçirib.
    Nəhayət 2009-cu ilin dekabrında qızlardan biri onun əlindən qurtulur və “tavasifət”in mindiyi “Toyota Land Cruiser” markalı avtomobilin nömrəsini yadda saxlayır.

    Həbs olunan kimi manyak cinayətlərini etiraf edir. Zorladıqları qadınlardan başqa manyakın aldatdığı xeyli qadın olub. Onlardan bir neçəsinin Kosiçından uşağı var. Manyakın həbsdən tez çıxması cəəmiyyətdə etiraz doğurub. Onun qurbanları məhkəməyə müraciət edəcəklərini bildiriblər.

  • Bələdiyyədə vəzifəli xanımı qarət edən kişi yaxalandı – VİDEO

    Siyəzəndə oğurluq edən şəxs saxlanılıb. Məlum olub ki, həmin şəxs bələdiyyə, poliklinika və dövlət sosial müdafiə fondunda işləyənlərin çantasından portmanat oğurlamaqla onlara xeyli ziyan vurub. Bakıda isə böyük ticarət mərkəzində mobil telefon oğurlayan gənclər təhlükəsizlik kamerasına düşüb.

    Median.az Xezerxeber.az-a istinadən bildirir ki, bələdiyyə işçisinin külli miqdarda pulunu oğurlayan şəxs tutulub.

    Siyəzən rayonunda bələdiyyə işçisi olan bir qadın rayon polis şöbəsinə məlumat verib ki, əl çantasından içərisində 5 min 500 manat və 1900 dollar olan pul kisəsi oğurlanıb.

    Əməliyyat- axtarış tədbirlərinə başlayan polis bu işdə şübhəli kimi Xaçmaz sakini əvvəllər məhkum olunmuş Hicran Qurbanovu saxlayıb. Məlum olub ki, saxlanılan şəxs bir neçə gün əvvəl rayon Dövlət Sosial Müdafiə Fondunda Rəşad Muradovun iş otağından da 40 manat pul və balansında 360 manat pul olan plastik kartını oğurlayıb.

    Araşdırmalar zamanı məlum olub ki, Hicran Qurbanov Sumqayıt şəhərində də eyni üsulla bir nəfərin pulunu oğurlayıb.

    Paytaxtın Qaradağ rayonunda böyük ticarət mərkəzində isə mağza sahibinin telefonu oğurlanıb. Röyal Quliyev ərazi üzrə 10-cu polis bölməsinə məlumat verib ki, mağazada müştərilərə başının qarışdığı vaxt dəyəri 500 manat olan mobil telefonu oğurlanıb.

    Ərazidəki təhlükəsizlik kameralarına baxış keçirən bölmə əməkdaşları müəyyən ediblər ki, özlərini müştəri kimi göstərən iki gəncədən biri telefonu götürüb mağazadan çıxır. İndi polis görüntülər əsasında həmin şəxsləri axtarır.

  • “Bu oyunda penaltinin olduğu hətta kosmosdan görünərdi”

    “Mən artıq bundan yorulmuşam. Üç ildir ki, eyni şey təkrarlanır. Mən sadəcə, başa düşə bilmirəm. Bu oyunda penaltinin olduğu hətta kosmosdan görünərdi. Bir daha deyirəm, belə vəziyyətdə nə deyəcəyimi bilmirəm. Fikirlərimi sözlə ifadə edə bilmirəm”. Bu sözləri “Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk Topaz Premyer Liqanın 20-ci turunda “Keşlə” ilə keçirilən oyundan (1:1) sonra deyib.

    Ukraynalı mütəxəssis görüşün baş hakimi Ömər Paşayevin idarəçiliyindən narazı qaldığını bildirib: “Qol vururuq, oyundankənar vəziyyət verilir. Bilmirəm niyə belə edirlər, “Qəbələ”nin günahı nədi… Bu cür mümkün deyil. Rəqib yaxşı oynadı, bunu qəbul edirəm. Qarşıda kubok oyunlarımız var. Keçən mövsümdə, “Neftçi” ilə kubok oyununda da təmiz penaltimiz verilməmişdi”. Qriqorçuk jurnalistlərin suallarını da cavablandırıb.

    – “Qəbələ” adi vəziyyətdə öz qapısına qol vurursa, bunda hakimlərin günahı nədir?

    – Hakimliklə bağlı danışmaq istəməzdim. Biz digər rəqiblərdən üstünük. Düzdü, “Qarabağ” bizdən daha üstündür. Ancaq digər komandaları səviyyəcə üstələyirik. Demirəm biz bütün komandaları rahatlıqla məğlub edirik. Xeyr, belə deyil. Bizdə qol fürsətlərini reallaşdırmaqla bağlı problemlər var. Demirəm ki, bizim qarşımızda heç kim dura bilməz, ancaq hakimlər bizə mane olur. Demək istədiyim odur ki, öz üzərimizdə çox işləməliyik, sadəcə, hakimlər reallaşdırmaq istədiyimiz şeylərə mane olur.

    – Keçən oyunlarda Vernidubun səhvlərindən xallar itirmişdiniz.

    – Belə getsə, onlar bombardirlər siyahısına qoşulacaqlar. Çempionatda bombardirlər 8 qol vurub, buna nəzər salsaq, həmin futbolçulara çatmaları çətin olmamalıdır. Ancaq bunun olmasını arzulamazdım. Ciddi cavab versəm, həm Verniduba, həm də Stankoviçə hörmətim var.

    – Limit istədiyiniz heyəti seçməkdə nə dərəcədə əngəl olur?

    – Hücumçularımız hamısı legionerlərdir. Biz qol vurmalıyıq. Buna görə, hücumçuya ehtiyacımız var. Bunun üçün digər mövqelərdə yerli oyunçulara şans verməyə məcbur oluram.

  • Kəngərli rayonunda yeni qapalı suvarma şəbəkəsi qurulacaq

    Əkinçiliyin inkişafı sahəsində həyata keçirilən tədbirlər sırasında müasir meliorasiya və irriqasiya sistemlərinin qurulması mühüm əhəmiyyət daşıyır. Hər il muxtar respublikada bu istiqamətdə silsilə tədbirlər görülür, mütərəqqi suvarma şəbəkələri qurulur, yeni torpaq sahələri əkin dövriyyəsinə qatılır. Bu il də Kəngərli rayonunda yeni qapalı suvarma şəbəkəsi qurulacaq.

    Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, martın 13-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov qapalı suvarma şəbəkəsinin layihəsinə və tikinti aparılacaq əraziyə baxıb.

    Naxçıvan Muxtar Respublikası Dövlət Meliorasiya və Su Təsərrüfatı Komitəsinin sədri Əsgər Əsgərov məlumat verib ki, qapalı suvarma şəbəkəsi “Bərəkət toxumçuluq” Məhdud Məsuliyyətli Cəmiyyətinin 410 hektar əkin sahəsində qurulacaq. Layihəyə uyğun olaraq ərazidə 2065 metr dəmir borularla ana xətt, 6402 metr magistral xətt, 42 min 303 metr plastik borularla paylayıcı suvarma şəbəkəsi və qurunt sularının axıdılması üçün 3 min metr açıq kollektor çəkiləcək. Xətlərin üzərində 7 sutənzimləyici siyirtmə, 449 hidrant və 70 suburaxıcı quraşdırılacaq. Həmçinin bu il Kəngərli rayonunun Yeni Kərki və Xok kəndlərinin torpaq sahələrini əhatə edən qapalı suvarma şəbəkəsindəki hidrantlarda supaylayıcı hovuzlar qoyulacaq, ərazidə boru xətti çəkiləcək və yeni hidrantlar quraşdırılacaq. Ümumilikdə tikinti işləri zamanı 100 nəfər işlə təmin olunacaq.

    Ali Məclisin Sədri təməli qoyulan qapalı suvarma şəbəkəsinin istifadəyə verilməsi nəticəsində yeni torpaq sahələrinin əkin dövriyyəsinə qatılacağını bildirib, bu münasibətlə tədbir iştirakçılarını təbrik edərək deyib: Bu gün muxtar respublikada 160 min hektar əkinəyararlı torpaq sahəsinin 62 min hektarından istifadə olunur ki, onun da cəmi 52 min hektara yaxını suvarılan ərazilərdir. Ona görə də muxtar respublikada suvarılan torpaqların sahəsinin genişləndirilməsi, yeni torpaq sahələrinin əkin dövriyyəsinə qatılması və ərzaq təhlükəsizliyinin təmin olunması qarşıda duran əsas vəzifələrdəndir. Hazırda muxtar respublikada əsas ərzaq məhsullarına olan tələbat yerli istehsal hesabına ödənilir. Lakin muxtar respublikanın ehtiyat taxıl fondu kənardan alınır. Mütərəqqi suvarma sistemlərinin qurulması və yeni torpaq sahələrinin əkin dövriyyəsinə qatılması ilə bu problem də tamamilə həll olunacaqdır. Muxtar respublikanın illik taxıla olan tələbatı 150 min tondur. Buna görə də taxıl sahələrinin genişləndirilməsinə diqqət yetirilməli, yeni torpaq sahələri əkin dövriyyəsinə qatılmalı, əkilən torpaqların məhsuldarlığı artırılmalıdır.

    Ali Məclisin Sədri deyib: Əkinəyararlı torpaqların suvarılması qarşıda duran əsas vəzifələrdəndir. Qapalı suvarma şəbəkəsinin qurulması da yeni torpaq sahələrini əkin dövriyyəsinə qatmaqla yanaşı, həm də iş yerlərinin yaranmasına, torpaqların normalara uyğun suvarılmasına, şoranlaşmanın qarşısının alınmasına, bol məhsul istehsalına və tələbatın yerli istehsal hesabına ödənilməsinə imkan verəcəkdir. Ona görə də tikinti işləri keyfiyyətli aparılmalı, bütün mühəndis-texniki tələblərə ciddi əməl olunmalıdır.

    Ali Məclisin Sədri bu işlərin həyata keçirilməsində kollektivə uğurlar arzulayıb, tikinti zamanı istifadə olunacaq materiallara baxıb.

    Bildirilib ki, tikinti aparılarkən ərazinin relyefi və iqlim şəraiti nəzərə alınacaq, keyfiyyət amilinə xüsusi diqqət yetiriləcək, ölkəmizdə istehsal olunan plastik borulardan və digər materiallardan istifadə olunacaq.

    Ali Məclisin Sədri ərazidə qapalı suvarma şəbəkəsinin qurulmasının payız əkin dövrünə qədər başa çatdırılması, toxumçuluq təsərrüfatında taxılla yanaşı, digər kənd təsərrüfatı bitkilərinin əkilməsi və toxuma olan tələbatın ödənilməsi barədə tapşırıqlar verib.

  • Zakir Həsənov ordunun təlimlərinə qatıldı – FOTOLAR

    Müdafiə naziri, general-polkovnik Zakir Həsənov təlimlərin komanda müşahidə məntəqələrindən birində olub.

    MN-dən Moderator.az-a verilən məlumata görə, birlik və birləşmə komandirləri, onların qoşun növləri və qismlərinin rəisləri, eləcə də digər vəzifəli şəxslərin məruzələri dinlənilib, ərazidə qüvvə və vasitələrin tətbiqi üzrə tapşırıqlar dəqiqləşdirilib.

    Səhra şəraitində ərazidə yaradılmış məntəqələr və müxtəlif poliqonlardakı təlim nöqtələrinə baş çəkən müdafiə naziri döyüş texnikaları, silah-sursat və şəxsi heyətin təlimlərdə iştirakı, eləcə də tapşırıq və sərəncamların dəqiq icra olunması ilə bağlı müvafiq göstərişlər verib.


  • Millət vəkili “Arvadınızı döyün” dedi, qadınlar ayağa qalxdı – VIDEO

    Uqandada kişilərə həyat yoldaşlarını döyməsini deyən deputat Onesimus Tinamasikoya ölkədəki qadınlar böyük reaksiya göstərib.

    Median.az xarici mediaya istinadən xəbər verir ki, Tvinamasiko televiziya proqramlarının birində “Kişi kimi arvadınızı intizama gətirməlisiniz və yola gətirmək üçün döyməlisiniz” deyib.

    Belə bir çağırışdan sonra ölkədəki qadınlar “Cənab Tvinamasiko bütün qadınlardan üzr istəməlidir” deyərək onun müalicə almasının lazım olduğunu bildiriblər.

  • Məhkəmədə faciə: şahidin üzərinə atıldı, güləlləndi – VIDEO

    ABŞ-ın Yuta ştatındakı Solt-Leyk-Siti şəhərinin məhkəməsində qanlı olay yaşanıb.

    Median.az Daily Mail-ə istinadən bildirir ki, şəhərdəki küçə bandalarından birinin üzvü, 25 yaşlı müttəhim Siale Aneqilau iclas əsnasında şahid ifadə verərkən yerindən durub, vəkilinin qarşısındakı qələmi götürüb. Daha sonra o, rəqib bandanın üzvü olan şahidin üzərinə atılaraq onu öldürmək istəyib.

    Şahid yerindən atılaraq zərbədən yayınıb. Qadın polis zabiti ona 4 dəfə atəş açaraq Anqilaunu güllələyib. Bu zaman digər polis zabiti qışqırırdı: “Qələmi at! At o qələmi!”

    Siaelinin vəkili masanın altına girib, prokurorlar isə şokda idilər. Aqilau aparıldığı xəstəxanada keçinib.

  • İlham Rəhimov pullarını götürüb Rusiyanı tərk etdi

    İlham Rəhimov pullarını götürüb Rusiyanı tərk etdi
    Rusiya prezidenti Vladimir Putinin tələbə yoldaşı və dostu, azərbaycanlı oliqarx-milyarder İlham Rəhimov bu ölkədəki kommersiya daşınmaz əmlak biznesini tərk edib.

    Median.az virtualaz.org-a istinadən bildirir ki, Rəhimov “Kiyevskaya ploşad” şirkətlər qrupundakı payını başqa şəxsin adına keçirib. 500 milyon dollar həcmində qiymətləndirilən səhmlərin yeni sahibi Rəhimovun Azərbaycanda qeydiyyatdan keçmiş “Fina” hüquq şirkətindəki tərəfdaşı olub.

    Belə məlum olur ki, İlham Rəhimovun Rusiyanın ən iri rantye şirkətlərindən birindəki səhmləri Azərbaycandakı partnyorunun adına keçirməsi ABŞ Maliyyə Nazirliyi tərəfindən yanvar ayında “Kreml siyahısı”nın açıqlanmasından dərhal sonra baş verib. “Kreml siyahısı” yanvarın 29-a açıqlanıb. Bu siyahıya Kremlə yaxın oliqarxların da adı daxil edilib. Siyahıda azərbaycanlı milyarderlər Vahid Ələkbərov, Qod Nisanov, Zarah İliyev, Fərhad Əhmədov və Araz Ağalarov da yer alırdı. Lakin maraqlıdır ki, “Kiyevskaya ploşad” şirkətlər qrupunda İliyev və Nisanovla ortaq olan İlham Rəhimovun adı “Kreml siyahısı”ında yer almırdı.

    Buna baxmayaraq Rəhimov yanvarın 31-də şirkətlər qrupundakı payını tərəfdaşının adına keçirib. Rusiyanın hüquqi şəxslərin qeydiyyatı üzrə Vahid Reyestrində yer alan məlumatdan belə məlum olur.

    “Forbes” jurnalı 2014-cü ildə Rəhimovun təkcə bu şirkətlər qrupundakı payını 500 milyon dollar qiymətləndirmişdi. 2017-ci ildə “Kiyevskaya ploşad” kommersiya daşınmaz əmlakın icarəsindən 1.3 milyard dollar gəlir əldə edib. Şirkətlər qrupunun aktivləri arasında “Ukrayna” oteli, “Sadovod” bazarı, “Kaşirka avtomobil bazarı”, “Grand” və “Grand 2” ticarət mərkəzləri və s. daxildir. Şirkətlər qrupuna daxil olan 6 şirkətdən 5-də Rəhimovun payı 15 faiz, 1-də 12 faiz olub.

    Fevralın 2-dən etibarən isə “Kiyevskaya ploşad” şirkətlər qrupuna daxil olan “Vısotka” MMC, “Flora və Fauna” MMC, “Kaşirka Avtomobil Ticarət Mərkəzi” MMC, “Grandtitul” MMC, “Avers-3” ticarət-sənaye şirkəti, “Otel İnvest” MMC şirkətlərinin yeni səhmdarı Araz Mehdiyev olub. O, İlham Rəhimovun Bakıdakı “Fina LLP” hüquq firmasındakı tərəfdaşıdır. RBC bu məsələ ilə bağlı şirkətə və Araz Mehdiyevin elektron ünvanına sorğu göndərib, cavab ala bilməyib.

  • “Азеришыг” принял меры по надежному энергоснабжению на Новруз

    ОАО “Азеришыг” в дни праздника Новруз усилит меры по надежному энергоснабжению, говорится во вторник в сообщении ОАО, передает Median.az со ссылкой на Trend.

    С целью обеспечения бесперебойного энергоснабжения в праздничные и нерабочие дни потребителей, а также мест проведения праздничных мероприятий в Баку и регионах будут проведены организационные и технические мероприятия.

    С 20 по 27 марта будет организовано дежурство ответственных должностных лиц центрального аппарата ОАО “Азеришыг” и Управления регионального электроснабжения и продаж.

    Приняты необходимые меры для предотвращения аварийных ситуаций.

    В праздничные дни будут временно приостановлены работы по реконструкции и капитальные ремонтно-строительные работы, за исключением устранения последствий аварий в местах проведения мероприятий.

  • Пользователи соцсетей вынудили изменить песню на Евровидении 

    Критика в социальных сетях заставила авторов изменить песню, с которой исполнительница Айсель Мамедова представит Азербайджан на международном песенном конкурсе «Евровидение-2018».

    После репетиций, прошедших в Греции, британский продюсер Тим Бран предложил сделать небольшие изменения в композиции. Начало песни решено сделать еще более электронным, сообщает Sputnik Азербайджан.

    Пользователи соцсетей посчитали, что в нынешнем виде композиция не принесет успеха на конкурсе. Более того, букмекеры даже не прогнозируют попадание представительницы Азербайджана в десятку лучших исполнителей.

    Над проектом, с которым выступит Айсель Мамедова, работала международная команда профессионалов из Азербайджана, Греции, Великобритании, Швеции, Кипра, Португалии, России и Украины.

    Песня «X my heart» написана греческим композитором и продюсером Димитросом Контопулосом и шведкой Сандрой Бьорман. Их перу также принадлежит композиция «Running scared», с которой Эльдар Гасымов и Нигяр Джамал стали победителями «Евровидения-2011». Аранжировкой занимался Тим Бран.

    “X my heart” записана в Лондоне. Ее сведение осуществил Эш Хьюс, завоевавший международное признание работой с One Direction, Dido, The Corrs, Ellie Goulding и многими другими.

    Конкурсный номер для Мамедовой поставит легендарный греческий режиссер Фокас Евангелинос. Он был постановщиком номеров победителей «Евровидения» Елены Папаризу и Димы Билана.

    Айсель Мамедова родилась в 1989 году в Баку, с детства проявляла большой интерес к музыке. Является участницей международных джазовых и музыкальных фестивалей. Далее: https://news.rambler.ru/caucasus/39347087/?utm_content=rnews&utm_medium=read_more&utm_source=copylink