Month: March 2018

  • Əhali Afrini tərk edir

    Türkiyə Silahlı Qüvvələri və Azad Suriya Ordusunun Afrinin mərkəzini mühasirəyə aldığı bir vaxtda mülki vətəndaşların etibarlı şəkildə bölgəni tərk etməsi üçün koridor yaradılıb.

    Median.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Türkiyə ordusu artıq şəhər mərkəzinin mühasirədə olduğunu və hərəkat üçün strateji əhəmiyyət daşıyan məkanların tutulduğunu bəyan edib.

  • Donald Tramp: “Tillersonla İran məsələsində razılığa gələ bilmirdik”

    Tillersonla İranın nüvə məsələsində anlaşa bilmirdik”.

    “Median.az” xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp dövlət katibi Reks Tillersonu vəzifəsindən azad etməsi ilə bağlı qərarını şərh edəkən deyib.

    “İranın nüvə məsələsi ayrılmağımızın qırılma nöqtəsi oldu. Pompeo ilə fikrimiz eynidir. Uzun zamandır bu məsələni müzakirə edirdik”, – o vurğulayıb.

    “Reuters” Ağ evə istinadən bildirib ki, Donald Tramp Şimali Koreya ilə danışıqlar başlayanadək yeni komanda formalaşdırmaq istəyir.

    Qeyd edək ki, Trampla Tillersonun Şimali Koreya və Qətərə münasibətdə də fikir ayırlıqlarının olduğu bildirilirdi.

  • Gənclər Fonduna icraçı direktor təyin edilən Fərid Cəfərov kimdir?

    Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev F.T.Cəfərovun Azərbaycan Respublikasının Gənclər Fondunun icraçı direktoru təyin edilməsi haqqında sərəncam imzalayıb. Sərəncamla Fərid Tahir oğlu Cəfərov Azərbaycan Respublikasının Gənclər Fondunun İcraçı direktoru təyin edilib.

    Median.az xəbər verir ki, fonda icraçı direktor təyin edilən Fərid Cəfərov “Xocalıya ədalət” Beynəlxalq Kampaniyası İctimai Birliyinin baş mütəxəssisidir.

    O bir çox yerli və beynəlxalq layihələrdə adıçəkilən kampaniya ilə bağlı çıxışlar edib.

  • Mikayıl Müşviqin ruhundan və Azərbaycan xalqından üzr istəyirəm” – AÇIQLAMA

    “Mikayıl Müşviq bizim dəyərli şairimizdir. Şeirləri zəif olsa da. Mən onun şəxsiyyəti haqqında heç vaxt heç yerdə artıq-əskik nəsə deməmişəm. Statusun da onun şəxsiyyətinə heç bir aidiyyəti yoxdur. Bir şair kimi həmkarımın yaradıcılığına münasibət bildirmişəm”.

    Bu fikirləri sosial şəbəkədə Azərbaycanın böyük şairi Mikayıl Müşviq haqqında qalmaqallı status yazan şair Elşad Barat İnterpress.az-a açıqlamasında bildirib.

    E.barat qeyd edib ki, əslində, həmin statusu yazmaqla böyük şairi təhqir etmək sitəməyib. O, həmçinin statusu yazmağının səbəbindən də danışıb: “Şeirlərini, kitablarını oxudum. Gördüm ki, imzası ilə yaradıcılığı arasında fərq var. Həmin statusu yazmağım səbəb də elə bu oldu. Düzdür, biraz sərt şəkildə yazmışam. Özüm də sonradan gördüm ki, kobudcasına yazmışam. Mənim Mikayıl Müşviqin şəxsiyyəti ilə heç bir problemim yoxdur. Ola bilər ki, həmin günü müəyyən qədər spirtli içki qəbul etmişdim, kobudluğa bu səbəb ola bilər. Amma içkinin o statusu yazmağıma heç bir dəxli yoxdur. Səhvim odur ki, araşdırma aparmadan sərt şəkildə yazmışam. Sadəcə, bir şair olaraq, onun yaradıcılığını yumşaq şəkildə tənqid edə bilərdim. Mən əslində, statusda Mikayıl Müşviqi təhqir etməmişəm. Çünki, statusu normal şəkildə oxuyanda başa düşülür ki, mən onun yaradıcılığını tənqid etmişəm”.

    E.Barat statusda qeyd etdiyi “Qıjı” sözünə də aydınlıq gətirib. O bildirib ki, “Qıjı” sözü təhqir hesab olunmur: “Qıjı” sözünü “google”dan da axtarıb mənasına baxa bilərsiz. Bu söz normal insan düşüncəsindən aşağı deməkdir. Yəni, demək istəmişəm ki, onun yaradıcılığı normadan biraz aşağıdır. Normaldan biraz aşağı isə təhqir hesab olunmur”.

    Eyni zamanda, E.Barat oxuculardan üzr istəyib: “İlk növbədə, özüm özümü qınayıram ki, sən niyə belə sərt şəkildə yazmısan? Bu statusumu sərt qəbul edib yanlış düşünən oxuculardan üzr istəyirəm. Mikayıl Müşviq haqqında kobud status yazdığıma görə də hər kəsdən üzr istəyirəm”.

    “Mikayıl Müşviqin heykəlindən, onun ruhundan üzr istəməyi düşünürsünüzmü?” sualımıza E.Barat belə cavab verib: “Üzr istəmək üçün Mikayıl Müşviqin daş heykəlinin yanına getməyə ehtiyyac yoxdur. O, bizim şairimiz kimi, dəyərimiz kimi qəlbimizdədir. O, Azərbaycan poeziyasında, ədəbiyyatda dərin kök salmış bir şəxsdir. Mənim kimi adi bir gəncin Müşviq haqqında yazdığı statusu bu qədər rezonans doğurmamalıydı. M.Müşviqin ruhu bu dəqiqə başımın üzərində dayanıb deyir ki, Elşad Barat, çox sağol ki, məni yada saldın. Onun şair ruhu mənə elə gəlir ki, məndən inciməz. M.Müşviq, əgər, bu gün sağ olsaydı, sosial şəbəkələrdə ağızlarını köndələn qoyub danışanlara baxıb gülərdi. Ona görə ki, həmin adamlar ömürləri boyu M.Müşviqin 3 dənə şeirini ard-arda oxumayıblar. İndi gəlib dərs keçirlər”.

  • Aeroport yolunda maşın yandı — Böyük tıxac yarandı + VİDEO + YENİLƏNİB

    Bakı Nəqliyyat Agentliyindən “Ölkə.Az”a verilən xəbərə görə, Heydər Əliyev prospektinin Bakı Olimpiya Stadionu tərəfdən keçən hissəsində (hava limanı istiqamətində) nəqliyyat vasitəsində yanğın baş verib. Bu səbəbdən də metronun “Koroğlu” stansiyasından hava limanına gedən istiqamətdə yolda nəqliyyat vasitələrinin hərəkətində sıxlıq müşahidə edilir.

    ***

    Hazırda “Koroğlu” metrosundan hava limanı istiqamətində minik avtomobil yanır.

    “Median.az” “Qafqazinfo”ya istinadən xəbər verir ki, alov qısa zamanda bütün maşını bürüyüb.
    Əraziyə hələ Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri gəlməyib.

    Yanğın zamanı ölən və yaralanan olması barədə məlumat yoxdur.

  • Mirşahin: Qadın bilmirlər, qız bilmirlər, küçə söyüşlərinin biri bir qəpiyədir!

    Tanınmış teleaparıcı Mirşahin Ağayev rəhbəri olduğu və fəaliyyətə başlamasının sosial şəbəkələrdə müzakirə obyektinə çevrildiyi Real TV ilə bağlı açıqlama yayıb.

    Median.az aparıcının Facebook sosial şəbəkəsində yazdığı həmin məlumatı təqdim edir:

    “Real TV-nin fəaliyyətə başlaması ərəfəsində qəribə, hətta mənşəyi bəlli olmayacaq dərəcədə ajiotaj yaranıb. Yeni kanal açılır və əslində bu hadisənin mahiyyəti müsbət olmalıdır. Həyatının 30 ilini milli jurnalistikaya həsr etmiş, qalan ömür möhlətini də məmnuniyyətlə elə bu sahəyə bağışlamağa hazırlaşan biri yenidən TV-də çalışacaq, onunla birlikdə onlarla peşəkar öz sevimli işinin-Azərbaycana, dövlətə və xalqa xidmətin başında olacaq. Təbrik etmək olmaz? Amma nə baş verir?

    Kanal heç açılmağa macal tapmadan gözümçıxdıya salınır, Mir Şahin internet resurslarında tənə, təhdid hədəfi seçilir, o, ailəsi hər gün, hər saat ən ağır küçə söyüşləri ilə təhqir edilir, sosial şəbəkələrdə ancaq qarayaxma, qaralama kompaniyası aparılır. Bəs səbəb nədir? Niyə məni və Real Tv-ni söyürlər? Yəni doğrudan biz jurnalistlər artıq nəyinsə kökünə nüfuz etmək kimi “qızıl qayda”nı unutmuşuq?

    Belədirsə, anlamağa kömək edim. Son zamanlar Azərbaycan dövləti, Prezident və onun ailəsi, başqa vəzifəli şəxslər xaricdə sığınacaq tapmış bir ovuc tullantının təhqir və təhdidlərinə, hakimiyyəti zorla dəyişməyə, hətta devirməyə təhrik edən çağırışlara məruz qalırlar. Müharibə şəraitində olan ölkənin əksərinin şüuruna təzyiq etməyə çalışırlar. Bu ölkədə hər şeyi gözdən salmağa cəhd edirlər, qadın bilmirlər, qız bilmirlər, küçə söyüşlərinin biri bir qəpiyədir!

    Mirşahin isə öz mövqeyi, adı, soyadı ilə ortaya çıxır və qarşı tərəfin cavabını verir. Təzə bir şey demir, sadəcə həmişəki mövqeyini sərgiləyir. (Özü də tək! Şübhəlicəsinə dəstəksiz!) Bu isə təbii ki, qarşı tərəfdə qəzəb yaradır. Onlar öz əxlaq və ailə tərbiyəsi çərçivəsində cavab verirlər, yəni mənəviyyatlarının ən murdar tərəflərini işə salırlar:

    Söyürlər! Özü də açıq yazırlar ki, Mirşahin Prezidenti, Dövləti müdafiə etdiyi üçün belə rəftara məruz qalır! Mən isə belə statuslardan birinin altinda, şərh bölməsində öz mövqeyimi bildirmişəm: özü də heç bir təhqirə yol vermədən! Təkrar edirəm: müsahibə verməmişəm, bəyanat yaymamışam, şərh yazmışam. Və…

    Məsələ də elə bu və bundan sonradadır. Dövləti, onun başçısını təhqir edən ayrı-ayrı atası naməlum səhifələrə, bu səhifələrin zəncirində və ya kəndirində qeyri insani səslər çıxaran canlılara ( görürsünüz, təhqir etməmək üçün ən zərərsiz ifadələri seçirəm) laqeyd, mövqesiz yanaşan, ən yaxşı halda başqa adlarla, “trolcasına” boğazdan yuxarı rəylər yazmaqla öz işini bitmiş sayan “ifrat ağıllılar” mənə öyüd-nəsihət verir. Hətta mənə, mənə e, Azərbaycanda Müstəqil televiziyanın yaradıcılarından birinə televiziyanın funksiyalarını başa salmağa cəsarət edənlər də tapılır…

    Baxmayaraq ki, bu saat mənə və mənimlə bir yolda olanlara dəstək vermək vaxtıdır. Dövlətin xaricdən məruz qaldığı təbliğat təcavüzünə əsl əsgər təəssübkeşliyi ilə müqavimət göstərilməlidir. Hər halda bir televiziya rəhbəri kimi onun necə silah olduğunu mən yaxşı bilirəm. Bunu mənə xatırlatmağa ehtiyac yoxdur. Amma bu gün Azərbaycanda müəyyən proseslər nəticəsində TV artıq ya silah deyil, ya da bu silahın lüləsinə qərənfil taxılıb. Əvəzində internet resursları kütləvi qırğın silahına çevrilməkdədir. Artıq Dövlətimiz hədəfə alınır. Təhlükəli silah internetdir, sosial şəbəkələrdir! Onunla ehtiyatlı olmaq lazımdır.

    …Bəs siz hardasınız, ay mənim ağıllı-kamallı, müdrik- işbilən dostlarım? Nədənsə mən adlı-sanlı jurnalistlərimizi ətrafımda görmürəm! Baxmayaraq ki, bu gün hər birimiz səngərdə, atəş xəttində olmalıyıq. Bura da cəbhədir! Yoxsa, hörmətli həmkarlarım qarşıdakı düşmənə atəş açmaqdan “mənim səviyyəm deyil!” deyə imtina etmək yolu seçib?! elədirsə, hayıf…

    Amma vallah, billah elə görünür. Dişləri tökülmüş məntiqlə, qocafəndi, heç bir konkretliyə söykənməyən, əttökən plakat kəlmələrlə “qaloçka” xətrinə orda burda ara-sıra nə isə qırılladan ağız boşluqlarının sahibləri heç olmasa qapaq taxın ki, aydın danışasınız, mövqeyiniz anlaşılsın!

    Görək kim kiminlədir? “Ay Ordu, ordu, görək kim kimə hürdü?” deyə kimin tez yorulacağına kənardan baxmaq vaxtı deyil! Məni söyənlərin arxasına, söyüş səbəblərinə baxın! Heç kəs bunu Mirşahinə çəkisinə, görünüşünə görə etmir! Onun konkret mövqeyinə görə edir! Yəni bunu anlamaq belə çətindir? Mən jurnalistəm və araşdırmaq bilavasitə işimdir! Amma Sizdən bir xahişim var. Mənə bir araşdırmamda kömək edin: mövqeyinizi aşkarlayın! Yoxsa mənə elə gələ bilər ki, birlikdəyik və çaşıb birdən sizə arxa söykəyərəm!”

  • Эрдоган: В Африне нейтрализованы 3400 террористов

    С начала операции «Оливковая ветвь» в Африне нейтрализованы 3400 террористов, сказал президент Турции Реджеп Тайип Эрдоган.

    По его словам, целью ВС Турции никогда не были мирные жители, передает Median.az со ссылкой на Анадолу.

    «Если бы ВС Турции не заботились о безопасности мирных жителей, Африн давно бы пал», – отметил Эрдоган.

    В 17:00 20 января началась операция «Оливковая ветвь» по очистке сирийского района Африн от террористов PYD/PKK. Действия Турции в Африне основаны на нормах международного права, резолюциях Совбеза ООН по вопросам борьбы с терроризмом и статье 51-й Устава ООН о праве на индивидуальную или коллективную самооборону. Целью действий ВС Турции на северо-западе Сирии является уничтожение террористов и объектов террористических структур. Турецкая армия сделает все возможное для минимизации ущерба мирному населению района Африн.

  • «ASAN xidmət» теперь и в Мингячевире – ФОТО

    Государственное агентство по услугам гражданам и социальным инновациям при президенте Азербайджанской Республики открыло центр «ASAN xidmət» в Мингячевире.

    Как передает Median.az, концепция «ASAN Həyat» в Мингячевире, наряду с центром «ASAN xidmət», предусматривает сдачу в эксплуатацию объектов общественного питания.

    Таким образом, помимо оперативных услуг, граждане смогут воспользоваться услугами отдыха и развлечений.


    Комплекс «ASAN Həyat» охватывает различные решения, служащие улучшению жизненных стандартов для удобства граждан.

    12 марта 2018 года в мингячевирском центре «ASAN xidmət» было зарегистрировано первое обращение. Некий Ильгар Гасанли сделал обращение по поводу выдачи и замены удостоверения личности и воспользовался соответствующей услугой.


    Мингячевирский центр «ASAN xidmət» оказывает услуги почти 340 тысячам граждан, зарегистрированным не только в Мингячевире, но и в Евлахе и Агдашском районе.

    Комплекс «ASAN Həyat» состоит из трехэтажного административного здания и трех зданий, предназначенных для объектов общественного питания.

    1. Центр «ASAN xidmət»
    2.Кинотеатр
    3. «ASAN Peşə»
    4. Кафе «Teras»

    На выделенной для комплекса территории в 1.21 гектара созданы парк, фонтаны, скамейки, автостоянка и автобусная стоянка для приехавших из других районов. Также для отдыха граждан разбит парк и детская площадка.


    В мингячевирском центре «ASAN xidmət» 10 государственных органов оказывают 32 вида услуг.

    Также в центре оказывают 68 функциональных вспомогательных услуг (банки, страхование, услуги перевода и т.д.).


    Мингячевирский центр «ASAN xidmət» будет оказывать услуги населению Мингячевира (103 222 человек), Евлахского района (126 642 человек), Агдашского района (107 903 человек), то есть в общей сложности 337 767 гражданам.

  • Найден способ взломать компьютер через наушники

    Исследовательская группа из университета имени Давида Бен-Гуриона в Негеве (Израиль) провела эксперимент по захвату данных с помощью наушников и динамиков компьютера.

    Как передает Median.az, о новом методе сообщило издание Bleeping Computer.

    Способ проведения атаки, названный специалистами MOSQUITO, предполагает заражение компьютера специальным вирусом, который производит реверсию выходных аудиоразъемов. Инфицированная машина по сути превращает динамики и наушники одновременно и в передатчики звуковой информации, и в некое подобие микрофонов.

    Вредоносное программное обеспечение способно преобразовывать локальные сохраненные на компьютере файлы в аудиосигналы и передавать их злоумышленникам. Принимающая машина, используя тот же вирус, принимает информацию через динамик или наушник, а затем преобразует его обратно в файл.

    В проведенном эксперименте участвовал массив двоичных данных, который передавался на расстоянии от одного до девяти метров. Скорость обмена достигала 1800 бит в секунду. При этом шум окружающей среды, звучащая человеческая речь или музыка не внесли существенных помех в зловредные действия вируса.

    По данным исследователей, скорость передачи информации резко падает, когда динамики двух компьютеров не обращены друг к другу или при обмене данными изменяется звуковая частота. Исследователи объясняют это изначальной оптимизацией аудиосигналов компьютера под слух человека, а не под машинное восприятие.

    Эксперты отмечают, что вряд ли подобные проблемы для злоумышленников станут критичными. Каким образом можно избежать подобной атаки, пока неизвестно.

  • В Баку строится новая дорога, которая соединит два поселка – ФОТО – ВИДЕО

    В Баку строится новая дорога, которая соединит два поселка – старые и новые Раманы. Об этом говорится во вторник в сообщении Госагентства автомобильных дорог Азербайджана, передает Median.Az со ссылкой на Trend.

    Длина новой автомобильной дороги, которая соединит дорогу Рамана-Маштага с историческим памятником “Крепость Рамана”, составляет 3,2 километра, ширина – шесть метров.

    На протяжении многих лет между поселками не было прямой дороги. Жители поселков, в каждом из которых проживает более 12 тысяч человек, должны были дополнительно проходить несколько километров. Это приводило к многочисленным проблемам с грузовыми и пассажирскими перевозками. Строительство новой дороги окончательно решит перечисленные проблемы.