Month: March 2018

  • İranlı turistlər niyə Azərbaycandan üz döndərir?

    Novruz bayramı ilə əlaqədar bu il Azərbaycana istirahətə gələcək iranlı turistlərin sayında azalma proqnozlaşdırılır.

    Median.az xəbər verir ki, Azərbaycan Turizm Assosiasiyası bunu İranda dolların məzənnəsinin yüksəlməsi, xaricə gedən hər turistdən alınan verginin məbləğinin dövlət tərəfindən qaldırılması ilə əsaslandırır.

    Belə ki, başqa ölkəyə hava nəqliyyatı ilə səfər edən iranlılar yeni qaydalara görə, 15 dollar deyil, 45 dollar, quru nəqliyyatı ilə səfər edənlər isə 7 dollar deyil, 15-20 dollar ödəməli olacaqlar.

    Nəzərə çatdıraq ki, Novruz bayramı ərəfəsində turizm bazarı əsasən iranlıların hesabına canlanırdı.

    Rəylərə görə, iranlıların bu il Azərbaycana maraq göstərməmələrinin daha bir səbəbi xidmət sektorundakı soyğunçuluqdur. Konkret olaraq ötən il bayram ərəfəsi hotellərin qiymətləri qaldırılmışdı.

    Eləcə də, xidmət sektorunun digər sahələrində də iranlı turistlərə məhsullar dəyərindən qat-qat baha təklif edilirdi.

    Rəsmi statistika da göstərir ki, 2017-ci ilin mart ayında əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri fevral ayına nisbətən 0,5 faiz, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 8,6 faiz bahalaşıb.

    2017-ci ilin yanvar-mart ayları 2016-cı ilin yanvar-mart aylarına nisbətən mehmanxana xidmətləri 3,8 faiz, restoran və kafelər tərəfindən yeməklə təmin edilmə xidmətlərinin qiyməti 10,6 faiz yüksəlib.

    Turistlərin xərclərinin bölgüsünə gəlincə, statistikaya görə, ölkəyə gələn əcnəbi turistlərin xərclədiyi pulun 45,1 faizi nəqliyyata, 28,9 faizi yerləşməyə, 20,9 faizi qidalanmaya və 5,1 faizi digər xərclərə sərf olunur.

    Göründüyü kimi, turistin sərəncamındakı vəsaitin 94,9 faizi əsas istehlak tələblərini ödəməyə gedir. Əyləncə, alış-veriş və sair istiqamətlər artıq arxa plana keçir.

    Turizm üzrə ekspert Bahadur Bilalov Oxu.Az-a açıqlamasında iranlı turistlərin sayında gözlənilən azalmanın xidmət sektorunda onlara şişirdilmiş qiymətlərin təklif edilməsi ilə bağlı olması ilə razılaşmır:

    “İran hökuməti xaricə gedən turistlər üçün rüsumu qaldırmaq istəyir. Bu da ölkənin turizm bazarını qorumaq, valyutanın xaricə çıxmasının qarşısını almaq məqsədi daşıyır.

    İranda Novruz bayramı ərəfəsi iki həftə tətil olur. Hesab etmirəm ki, iranlı turistlərin sayında böyük azalma baş verəcək. Müəyyən azalmalar nəticəsində yaranan boşluğu ərəb ölkələrindən gələn turistlər dolduracaq”.

    O ki qaldı bayram ərəfəsi xidmət sektorunda qiymətlərin yüksəlməsinə, ekspertin fikrincə, bazar iqtisadiyyatında bu, normal haldır:

    “Tələbat artıqca məhsulun qiyməti də artır. Hotellər bron etmək istəyənlərin sayının artdığını gördükdə qiymətləri də qaldırır”.

    İqtisadçı-ekspert Natiq Cəfərli bildirir ki, bayramlarda, idman yarışlarında hotellərdə qiymətlərin bahalaşması Avropa ölkələrində də baş verir:

    “Yəni bu, normaldır. Sadəcə, Azərbaycanda turistdən birdəfəlik qazanc əldə etmək istəyi var. Xidmət sektoru turist cəlb etmək məqsədilə qarşısına strateji hədəflər qoymur, daimi müştəri qazanmağa can atmır. Halbuki daimi müştəri hər hansı hoteli, restoranı daha yaxşı reklam edə bilər, nəinki mətbuat”.

    N.Cəfərli deyir ki, bəzən hotellərdə boş otaqlar olduğu halda qiymətlər endirilmir:

    “Hotellər qiymətlərdə güzəştə getmirlər. Əslində, sektorda fəaliyyət göstərən şirkətlər çox çevik olmalı, müştəri cəlb etmək məqsədilə müxtəlif aksiyalar həyata keçirməlidirlər. Tələb artan kimi qiymətləri artırmaqla qısa dövrdə qazanc əldə etmək hotellərin strateji planının olmadığını göstərir”.

    Ekspertin sözlərinə görə, ötən il Azərbaycana gələn iranlı turistlərin sayında artım olsa da, Gürcüstanla müqayisədə bu rəqəm geridə qalıb:

    “Ötən il Azərbaycana gələn iranlı turistlərin sayında 1,5, Gürcüstana gedənlərin sayında isə dörd dəfə artım baş verib. Bunun səbəbi Gürcüstan tərəfinin viza rejimini tamamilə ləğv etməsi, əyləncələr üçün seçimlərin müxtəlifliyidir. Göründüyü kimi, rəqabətdə qonşu ölkəyə uduzuruq.

    Düzdür, “ASAN Viza” sisteminə keçidlə viza rejimi sadələşdirilib. Lakin Gürcüstanla müqayisədə Azərbaycanda turistlərin əyləncələrlə bağlı seçim imkanları məduddur.

    Builki azalma həm də bununla bağlıdır. Yəni iranlı turistlərin Azərbaycana gəlişinin azalması heç də onların bayramda öz ölkələrindən kənara çıxmaq istəməmələrindən irəli gəlmir. Qonşu ölkələrin turistlərə təklif etdikləri istirahət imkanları Azərbaycandan yüksəkdir”.

    İqtisadçı-ekspert Qubad İbadoğlu Azərbaycanda turizmin inkişaf meyilləri olsa da, turizm xidmətlərinin həddən artıq baha olmasının bölgədə Azərbaycanın mövqeyini zəiflətdiyini düşünür.

    Onun sözlərinə görə, Azərbaycanda turizmin inkişaf meyilləri olsa da, turizm xidmətlərinin həddən artıq baha olması və keyfiyyətcə Gürcüstandan geri qalması həm də ölkədən turist axınına səbəb olur:

    “Gürcüstana gələn hər turist orta hesabla 291,2 dollar, Azərbaycana gələn hər turist isə orta hesabla 524,6 dollar məsrəf edib. Demək olar ki, Gürcüstana gedən iki turistin xərci Azərbaycana gələn bir turistin xərcinə bərabərdir.

    Bu, bölgədə Azərbaycanın mövqeyini zəiflədir. Eyni zamanda, Gürcüstan adı ilə bölgəyə gələn bizim üçün potensial sayılan turistlər bahalığa görə Azərbaycana gəlmirlər və oradan da geri qayıdırlar. Halbuki, Azərbaycan Gürcüstana gələn turistlərin yarısını cəlb edə bilsə, onda bizim bu sektordan gəlirlərimiz də ən azı iki dəfə arta bilər”.

    Məlumat üçün bildirək ki, 2018-ci ilin yanvar ayı ərzində Azərbaycana dünyanın 138 ölkəsindən 186,2 min və ya ötən ilin eyni ayı ilə müqayisədə 16,4 faiz çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib. Gələnlərin 30,7 faizi Rusiya Federasiyası, 24,5 faizi Gürcüstan, 13,0 faizi Türkiyə, 7,2 faizi İran, 4,4 faizi Birləşmiş Ərəb Əmirlikləri, 2,2 faizi Ukrayna, 1,7 faizi İraq, 16,2 faizi digər ölkələrin vətəndaşları, 0,1 faizi isə vətəndaşlığı olmayan şəxslər olub.

    Rəsmi statistika göstərir ki, İran istisna olunmaqla, körfəz ölkələrindən gələnlərin sayında daha çox artım müşahidə edilib.

  • 154 mindən çox vergi ödəyicisinin borcu ləğv edildi

    2017-ci il ərzində 163 314 vergi ödəyicisinin 1 mlrd. 912 mln. 624,9 min manat məbləğində borcu yaranıb.

    “Median.az”ın məlumatına görə, bu, Nazirlər Kabinetinin 2017-ci ildə fəaliyyəti haqqında hesabatda əksini tapıb.

    Hesabatda qeyd olunub ki, ötən il 154279 vergi ödəyicisinin 2 mlrd. 285 mln. 354,8 min manat məbləğində borcu ləğv edilib.

    Sənədə əsasən, ləğv edilmiş borclardan 907 mln. 868,7 min manatı (və ya 39,7%) tam, 1 mlrd. 377 mln. 486,1 min manatı (və ya 60,3%) isə qismən olub.

  • Azərbaycanda 23 yaşlı oğlanı əsgər aparmadıqları üçün özünü öldürüb

    Xaçmazda 23 yaşlı oğlanın intiharının təfərrüatı məlum olub.

    Şərifoba kənd sakinlərinin aznews.az-a verdiyi məlumata görə, Araz Məmmədovun intiharına səbəb hərbi xidmətə gedə bilməməsi olub:

    “4 il idi ki, Arazı hərbi xidmətdən saxlayırdılar. Bu günlərdə yenidən ona çağırış vəsiqəsi gəlib. Yoxlama zamanı məlum olub ki, Araz hərbi xidmətə yararsızdır. Yəni nə boyu, nə də çəkisi onun hərbi xidmət keçməsinə imkan vermir. Araz da buna əsəbləşib. Deyib ki, “mən niyə tay-tuşlarımdan geri qalıram”. Odur ki, özünü öldürüb. Çox yaxşı oğlan idi, səhhətində də hər hansı problem yox idi. Sadəcə, hərbi xidmətə gedə bilməməsi ona böyük dərd olub”.

    Qeyd edək ki, Xaçmazda intihar hadisəsi baş verib. Rayonun Şərifoba kənd sakini 1995-ci il təvəllüdlü Araz Zeynal oğlu Məmmədov yaşadığı kəndin yaxınlığında ağacdan özünü asıb.

  • В Бельгии продали один из крупнейших в мире алмазов за $40 млн

    Один из самых крупных алмазов, когда-либо выставлявшихся на торги, продан за $40 млн на аукционе в Антверпене. Об этом во вторник сообщила на своем сайте британская компания Gem Diamonds Ltd, передает Median.az со ссылкой на ТАСС.

    “Мы довольны результатами аукциона, – говорится на сайте компании. – Этот алмаз не только отличается своим исключительным качеством, но и подчеркивает уникальное качество всех драгоценных камней, добываемых на шахте Летсенг”.

    Алмаз, получивший название “Легенда Лесото”, является пятым в мире по размеру после камней “Куллинан” (3106 каратов), “Наш свет” (1109 каратов), “Эксельсиор” (995 каратов) и “Звезда Сьерра-Леоне” (968 каратов).

    Алмаз весом 910 каратов добыли в январе этого года на шахте Летсенг, располагающейся на севере королевства Лесото. Представители компании Gem Diamonds Ltd. отметили, что камень обладает очень высокой степенью прозрачности и цветом D, что присуще только самым ценным минералам этого типа.

    Шахта Летсенг известна тем, что там добывают много крупных алмазов. Она еще и самая высокогорная в мире – работа там ведется на высоте 3,2 тыс. метров над уровнем моря в горах Малути. “Заоблачный” рудник эксплуатируется с давних пор, но около двух десятилетий его не использовали, поскольку добыча стала убыточной из-за снижения мировых цен на драгоценные камни. В 1982 году шахту закрыли.

    Вновь ее открыли в начале 2000-х, в 2006 году объект приобрела компания Gem Diamonds. С тех пор на шахте было обнаружено более 60 камней крупнее 100 каратов. Среди них алмазы в 603 карата (Lesotho Promise), 550 каратов (Letseng Star), 493 карата (Letseng Legacy).

  • Xəstəxanada biabırçılıq: Qəzada qopan ayağını yastıq etdilər – VIDEO

    Hindistanda qəribə hadisə baş verib. Belə ki, yol qəzasından sonra ayağı qopan yaralı adama təcili yardım mərkəzində hörmətsizlik edilib.

    Median.az xarici mətbuata istinadən xəbər verir ki, 28 yaşlı yaralı Ghasanyamın qopan ayağını başının altında yastıq kimi istifadə ediblər və iki saat gözlədilib. Hadisəylə bağlı görüntülər sosial şəbəkələrdə paylaşılandan sonra polis araşdırmalara başlayıb.

    Məktəb avtobusunda müavinlik edən gənc avtobusun aşması nəticəsində ayağını itirib. Digər sərnişinlər də ağır yaralanıb. Ghasanyamın qohumlarının bildirdiyinə görə, iki saat yarım heç bir həkimin onunla maraqlanmadığını gördükdən sonra məcburən gedib bazardan yastıq almalı olublar.

  • Nigardan geyimini tənqid edənlərə sərt cavab: “Klublardakı….”

    Müğənni Nigar Camal qısa geyiminə görə onu tənqid edənlərə sərt cavab verib.

    Median.az axşam.az- istinadən xəbər verir ki, sənətçi bildirib ki, küçədə insanlar daha açıq geyimdə dolaşırlar:

    “Maraqlısı odur ki, şəhərdə gənclər istədikləri kimi geyinirlər: midi, qısa, və sairə… Klublardakı geyimlərlə bağlı susuram. Tanımadığım insanlar profillər yaradıb və ürəkləri istəyən fikri yazırlar. İstəyir oğlan, istəyir xanım olsun, insana dəyər verilməlidir. Bir şəkil qoyan kimi hamı “milli mentaliteti” xatırlayır.

    Bu, gündəmdə qalamq üçün deyil. Bu, bizim şəxsi səhifəmizdir, nə istəyirik, onu da yükləyirik. Kliplərimizdə, konsertlərimizdə açıq-saçıq geyimlər, rəqslər olur. Gedin adi insanların geyimlərinin dərdini çəkin”.

    Qeyd edək ki, Nigar sosial şəbəkədə qısa libasda fotolarını paylaşmışdı. İzləyicilər onun paltarını tənqid etmişdi.

  • Xalq artistimizin səhhəti pisləşib?

    Xalq artisti Rasim Balayev səhhəti ilə bağlı yayılan xəbərlərə aydınlıq gətirib.

    Median.az bildirir ki, bunu aktyor aznews.az-a açıqlamasında səhhətinə heç bir problemin olmadığını deyib:

    “Yaxşıyam, bir balaca soyuq olub, o da keçib gedib. Bu jurnalistlər deyəsən yazmağa bir şey tapmayanda mənim vəziyyətimi ağırlaşdırırlar. Biri yazır pisdir, biri yazır ağırdır və s. Nə deyib, nə danışasan? Hər şey əladır”.

  • Evində tək yaşayan kişinin dəhşətli sonu – Diri-diri yandı

    Quba rayonunun Aşağı Atuc kəndində birmərtəbəli binada ümumi sahəsi 12 m2 olan otağın tavanı (taxta və palçıqdan ibarət) yanaraq çöküb.

    Yanğının kəşfiyyatı zamanı ev sahibi, 1949-cu il təvəllüdlü Əlpaşayev Fazil Məhəmməd oğlunun cəsədi aşkar olunub.

    Binanın qalan hissəsi yanğından mühafizə edilib. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

    Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.
    Aşağı Atuc kəndində evində yanaraq ölən 69 yaşlı Fazil Əlpaşayev həmin evdə tənha yaşayırmış. Belə ki, spirtli içki aludəçisi olan kənd sakini doğmalarından ayrılaraq balaca taxta evdə yaşamağa başlayıb.

    Hadisə isə ilkin ehtimala görə, qısaqapanma nəticəsində baş verib. Əvvəlcə evin tavanı yanıb və damın ağırlığı nəticəsində çökmə baş verib. Dağıntı altında qalan F. Əlpaşayev yanaraq ölüb.

    Faktla bağlı araşdırmalar davam etdirilir.

    Mənbə: lent.az

  • İlham Əliyev Gənclər Fondunun yeni rəhbərliyini təyin etdi

    Fərid Cəfərov Azərbaycan Respublikasının Gənclər Fondunun İcraçı direktoru təyin edilib

    Azərbaycan prezidenti İlham Əliyev Azərbaycan Respublikasının Gənclər Fondunun icraçı direktorunun təyin edilməsi haqqında sərəncam imzalayıb.

    Median.az xəbər verir ki, sərəncamla Fərid Tahir oğlu Cəfərov Azərbaycan Respublikasının Gənclər Fondunun İcraçı direktoru təyin edilib.

    Prezident İlham Əliyev Azərbaycan Respublikasının Gənclər Fondu Müşahidə Şurasının tərkibinin təsdiq edilməsi haqqında da sərəncam imzalayıb.

    Sərəncamla Azərbaycan Respublikasının Gənclər Fondu Müşahidə Şurasının aşağıdakı tərkibi təsdiq edilib:

    Müşahidə Şurasının sədri

    Məmmədəliyev Yusuf Ülfət oğlu — Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri

    Müşahidə Şurasının üzvləri

    Babayev İntiqam Vaqif oğlu — Azərbaycan Respublikası gənclər və idman nazirinin müavini

    Qurbanov Firudin İsa oğlu — Azərbaycan Respublikası təhsil nazirinin müavini

    Səmədov Nazim Adil oğlu — Azərbaycan Respublikası mədəniyyət və turizm nazirinin müavini

    Kərimli Mətin İmdad oğlu — Azərbaycan Respublikası əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini

    Hüseynov Seymur Elşad oğlu — Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının sədri

    Orucov Seymur Vaqif oğlu — “Gənclərin İntellektual İnkişafına Yardım” İctimai Birliyinin idarə heyətinin sədri

    Seyidov Mirhəsən Mirheydər oğlu —“İrəli” İctimai Birliyinin sədri

    Hümbətov İlham Gürşad oğlu — “Cavan” Gənclər Hərəkatı İctimai Birliyinin icraçı direktorunun müavini.

  • Psixonevroloji müəssisədən xəstə qaçıb

    Hadisə ilə bağlı polisə məlumat verilib

    Bakıda müəssisədə müalicə olunan xəstə itkin düşüb.

    Median.az “Report”a istinadla xəbər verir ki, paytaxtın Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən 1 saylı Psixonevroloji Sosial Xidmət Müəssisəsində müalicə alan 66 yaşlı xəstə Yuriy Yaiçnikov xəstəxanadan qaçıb.

    Hadisə ilə bağlı polisə məlumat verilib. Xəstənin axtarışları davam etdirilir.

    Qeyd edək ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Psixonevroloji Sosial Xidmət Müəssisəsi kəskin və ya xroniki psixi xəstəliklər səbəbindən əlilliyi olan 18 yaşdan yuxarı şəxslərə sosial xidmətlərin göstərilməsi üçün nəzərdə tutulmuş sosial xidmət müəssisəsidir. Müəssisədə əlilliyi olan şəxslər münasib yaşayış şəraiti ilə təmin edilir, onlara müəyyən edilmiş rejimə və fərdi iş planına uyğun sosial xidmət və qayğı göstərilir, onların yaşı və sağlamlıq imkanları nəzərə alınaraq peşə abilitasiyası və reabilitasiyası, rasional, o cümlədən diyetik yeməklərlə təmin edilmələri və s. istiqamətlərdə işlər aparılır.