Month: March 2018

  • ABŞ kəşfiyyatına ilk dəfə qadın başçılıq edəcək

    ABŞ prezidenti Donald Tramp dövlət katibi Reks Tillersonu vəzifəsindən azad edərək onun yerinə Mərkəzi Kəşfiyyat Agentliyinin (CIA) rəhbəri Mayk Pompeonu təyin edib. Pompeonu isə onun köməkçisi vəzifəsində çalışan Cina Haspel əvəzləyib.

    Median.az xarici mediaya istinadən xəbər verir ki, Cina Haspel CIA-nın ilk qadın direktoru statusunu qazanıb. 1985-ci ildə CIA tərkibinə qatılan Haspel 2017-ci ildə təşkilatda direktor köməkçisi vəzifəsinə təyin edilmişdi. 62 yaşlı Cina Haspel Pompeonun ən yaxın adamı kimi tanınır.

    Qeyd edək ki, Haspelin 2002-ci ildə Taylandda “Əl-Qaidə” terrorçularına qarşı “waterboarding” işgəncəsini tətbiq edən müəssisəyə rəhbərlik etdiyi iddia edilirdi.

  • Bayılda evləri uçan sakinlərə birdəfəlik kompensasiya ödəniləcək

    “Bayıl yamacında evləri tam dağılmış vətəndaşlara birdəfəlik kompensasiya ödəniləcək”.

    Səbail Rayon İcra Hakimiyyətindən AzVision.az-a verilən məlumata görə, bunu icra başçısı Eldar Əzizov Bayıl yamacında baş vermiş sürüşmə ilə əlaqədar həmin ərazidən köçürülmüş sakinlərlə görüşündə deyib.

    Bildirilib ki, yamacdakı məlum hadisələrlə bağlı burada məskunlaşan vətəndaşların özlərinin və əmlaklarının təhlükəsizliyinin təminatı məqsədilə bir sıra təxirəsalınmaz tədbirlər görülüb, əhali vaxtında təhlükəli zonadan köçürülüb, müvəqqəti sığınacaq yaradılıb, vətəndaşların digər sualları həll olunub.

    “Buradakı evlərin böyük əksəriyyətinin heç bir sənədi olmayan qanunsuz tikililər olmasına baxmayaraq, dövlət tərəfindən ilk növbədə vətəndaşların mənafeyi nəzərə alınaraq buradakı 98 evdə yaşayanların kirayə mənzillərdə yerləşdirilməsi, onlara aylıq kirayə pulunun verilməsi qərara alınıb və bu işlər həyata keçirilib. Evləri tam uçulmuş vətəndaşlara isə birdəfəlik kompensasiya ödəniləcək”.

    İcra başçısı qeyd edib ki, hazırda ərazidə mütəxəssislər tərəfindən araşdırma və yoxlamalar aparılır: “Onların rəyi nəticəsində yamacdakı evlərin gələcək taleyi ilə bağlı qərar veriləcək. Bu gün ərazidə polis postları qurulub, kənar şəxslərin əraziyə daxıl olmasına yol verilmir”.

  • “Azərkosmos” təkzib etdi

    Bu gün “Azerspace-2” telekommunikasiya peykinin 30 aprel 2018-ci il tarixində orbitə buraxılması ilə əlaqədar bəzi kütləvi informasiya vasitələrində yayılmış xəbər həqiqəti əks etdirmir.

    Median.az xəbər verir ki, bu barədə “Azərkosmos” ASC-nin rəsmi saytı məlumat yayıb.

    “Hazırda peykin orbitə buraxılmasının dəqiq tarixi “Arianespace” daşıyıcı-raket şirkəti ilə müəyyən olunmaq mərhələsindədir. Dəqiq tarix bəlli olan zaman bu barədə şirkətimiz tərəfindən kütləvi informasiya vasitələrinə rəsmi bəyanat veriləcək” deyə qurumun açıqlamasında bilirilir./Qaynarinfo

  • Yadplanetlilər ilə əlaqənin mümkünsüzlüyü isbat olundu

    Frenk Dreykin rəhbərliyi altında bir qrup Amerikalı astronom belə bir nəticəyə gəlib ki, Yerin əhalisi yadplanetli sivilizasiyadan hər hansı siqnal qəbul etsə, həmin sivilizasiya artıq böyük ehtimalla mövcud olmayacaq.

    Median.az xəbər verir ki, bu barədə “Science News”da elmi məqalə dərc olunacaq.

    Tədqiqatçılar bunun üçün potensial yadplanetli siqnalının ötüb keçəcəyi qalaktika sahəsini hesablayıb. Dreykin sözlərinə görə, kosmik rəqəmlərlə yanaşdıqda sivilizasiyalar sürətli şəkildə qurulub-məhv olsa da, həmin sivilizasiyaların göndərdiyi siqnallar bütün Süd Yolunu ehtiva edir, uzun müddət kosmosda dolanır.

    Nəticədə qalaktikanın böyük hissəsi artıq mövcud olmayan uzaq planetlərdən qaynaqlanan siqnallar ilə dolur.

    Süd Yolunun diametri 100 min işıq ili təşkil edir. Halbuki günəş sistemi qalaktikanın mərkəzindən 26 min işıq ili aralıda yerləşir.

    Alimlər hesab edir ki, radiosiqnal göndərməyə qadir olan inkişaf etmiş sivilizasiyaların əksəriyyəti 100 min ildən çox mövcud olmur. Ona görə, indiki zamanda yadplanetlilərdən siqnal qəbul etmək şansları az qala sıfıra bərabərdir.

    “Bəşər övladı” kosmosa artıq 80 ilə yaxındır ki, siqnal göndərir. Halbuki həmin radiosiqnallar qalaktikanın təxmini sahəsinin heç 0,001 faizini əhatə etmir.

  • Xalq artisti Müşfiqə “qıjı” deyən yazara əsəbləşdi: “Binamus, bişərəf…”

    Mikayıl Müşfiqin təhqir olunması cəmiyyətdə böyük narazılıq doğurub. Gənc yazar Elşad Baratın Mikayıl Müşfiqi “qıjı düşüncəli adam” adlandırması söz sahiblərini hövsələdən çıxarıb. Hətta xalq artistləri belə, ona təhqirlə cavab verib.

    Tanınmış şəxslərin mövzu ilə bağlı fikirlərini təqdim edirik:

    Azərbaycan Yazıçılar Birliyinin Dramaturgiya şöbəsinin rəhbəri Firuz Mustafa:

    “Ə..əvvəla, dahi şairin adını düzgün yazın. “Müşviq” yox, Müşfiq, yəni şəfəq. İkincisi də, ölənlərin ruhuna toxunmayın. Bu məsələyə münasibətim birmənalı pisdir. Müşfiqin heç qəbrinin yeri də məlum deyil. Amma o, öz şeirləri ilə ürəklərdə yuva qurub. Elə onun məzarı da ürəklərdədir. Bizim bəzi gənclər tarixə bu günün gözü ilə baxdıqlarına görə səhvə yol verirlər. Tarixə və yaxud tarixi hadisələrə konkret tarixi kontekstdə yanaşmaq lazımdır. Əgər söhbət ədəbi əsərdən gedirsə, ona da yarandığı tarixi şəraitin baxış bucağından yanaşmaq lazımdır. Fikrimi konkretləşdirmək üçün bir misal çəkim. Bizim dilimizdə ilk poetik nümunə kimi Həsənoğlunun bizə gəlib çatmış bir şeiri götürülür. Əlbəttə, o şeirdə müasir ədəbi-poetik tələblərə cavab verməyən çox şey tapmaq olar. Amma bu, o demək deyil ki, biz Həsənoğlunu və onun bizə gəlib çatan şeirini ələ salmalı, şəbədə qoşmalı, lağlağı etməliyik. Əksinə, həmin şeiri öpüb gözümüzün üstünə qoymalı, onu təhqir edənlərə təpki göstərməliyik. Eləcə də bütün klassiklərimizə böyük sayğı və hörmətlə yanaşmalıyıq. Qonşu Gürcüstanra repressiyaya məruz qalmış Nikolo Misişvili, eləcə də Ermənistanda həmin taleni yaşamış Yeğişe Çarens adlı şair var. Onların heç birinin yaradıcılığı Müşfiqdən zəngin deyil. Amma xatirələri öz ölkələrində çox əziz tutulur. Müşfiq nə qədər ömür sürüb ki? Cəmi 28 il. İndi bu yaşda olanların çoxu əlinə təzə qələm alır. Gənclərin iddialı olmasına pis baxmıram. Amma bu iddianın arxasında bir yaradıcılıq da olmalıdır. Və bu iddia heç də kiminsə, hansı klassikinsə təhqir olunması hesabına “reallaşmamalıdır”. Yaradıcılıq Sizif əməyidir. Fəqət təəssüf ki, gənclərin bir çoxu, hətta, onların arasında istedadlılar da var, əsər yazmaq əvəzinə Herostrat kimi kitabxanadakı əsərləri yandırıb məşhur olmaq istəyirlər”.

    Xalq artisti, Akademik Milli Dram Teatrının aktyoru Ramiz Məlik: “Onu deyən özü binamus, bişərəf, ünsürün biridir. Bu gənc yazarlar nə düşüblər dahilərimizin üstünə? Özləri bir şey ortaya qoya bilmirlər, bununla gündəmdə olmaq İstəyirlər”./aznews.az

  • Murad Dadaşov: “Qız övladının həsrəti ilə yaşamışam” – FOTO

    “O QƏDƏR UDUZUB KƏNARDA QALMIŞAM Kİ…”

    Muztv.az-a müsahibə verən Əməkdar Artist, sevilən şoumen və bir çox uğurlu layihələrin rəhbəri Murad Dadaşovdur.

    – Xoş gördük Murad müəllim. Ümid edirik ki, maraqlı söhbətimiz olacaq.

    – Mən də ümidvaram ki, gözəl müsahibə alınacaq. Adətən heç bir müsahibələrə hazırlaşmıram, amma bu dəfə mənə hansı sualların səslənməsi doğrudan da maraqlıdır.

    – Bir neçə gün öncə Rusiyanın Birinci televiziya kanalında yayımlanan “Pole Çüdes” verilişində qonaq oldunuz. Proqram “Beynəlxalq Çay Günü”nə həsr olunmuşdu. Azərbaycanı isə Murad Dadaşov təmsil edirdi. Təəssüratlarınızı bilmək istərdik…

    – “Mənə o verilişdə iştirak etmək üçün dəvət gələndə, təəccübləndim. Dedim mənim “Pole Çudes”də nə işim var? Nə evdar xanımam, nə dəfələrlə verilişə krasvord yollayan insanam, üstəlik verilişi çoxdandır izləmirdim. Amma 27 il efirdə olan proqramda qonaq olmaq olduqca xoş idi. Bir televiziya adamı kimi, orada iştirak etmək, abu-havası ilə tanış olmaq mənim üçün rəmzi xarakter daşıyırdı. Fikirləşdim ki, “Beynəlxalq Çay Günü” vacib gündür. Mən proqrama qalib gəlmək niyyəti ilə qatılmamışdım. Sadəcə istədim ki, Azərbaycanımızı təmsil edim, nailiyyətlərimiz barədə qısaca da olsa, məlumat səsləndirim. Hədiyyələrimi belə təqdim etmək istəyirdim. Rusiyanın Birinci televiziya kanalında çıxış etmək hər gün nəsib olmur. Orada Azərbaycan, “Qarabağ” futbol klubunun adının çəkilməsi mənim üçün xüsusi önəm kəsb edirdi. Əsl niyyətim elə bu idi.”

    – Bu yaxınlarda 39 yaşınızı qeyd etdiniz. Ümumiyyətlə, doğum günlərinizi təmtəraqlı, yoxsa yaxın dostlarınızın ətrafında qeyd etməyi xoşlayırsınız? Biz, media olaraq sizin ad gününüzü dəbdəbəli şəkildə keçirdiyinizi görməmişik…

    – Düşünürəm ki, ad günü qarşıdakı bir il ərzində qeyd oluna biləcək hadisədir. Məhz doğum tarixində qeyd etmək mütləq deyil. Üstəlik, hesab edirəm ki, ad günü, Yeni il, Novruz bayramı – bunlar özəl ailə günləridir. Mənim ailəm şou biznesdən çox uzaqdır. Həyat yoldaşım pedoqoqdur, müəllimdir. Övladlarım belə efirdən çəkinirlər, xoşlamırlar. İnanın mənə 5-6 veriliş var ki, onları təkidlə iştirak etməyə məcbur edirəm. Çünki ətrafa maraqlıdır axı… Ona görə də ailə tədbirlərimiz çox qapalı və azsaylı insanların əhatəsində keçir. Amma sonrakı günlər qeyd edirəm. Açığı deyim, mən öz ad günümü sevirəm. Mənim üçün önəmli bir gündür. O günün xüsusi bir magiyası olduğunu bilirəm. Hər ötən yaş insana hesabat xarakterli olmalıdır. O, yeniyetmə Muradın arzuları ilə indiki günümü müqayisə edirəm. Həmişə deyirəm ki, indiki Murad o körpə Muradın arzularına çatdımı? Şükürlər olsun ki, əksər hallarda buna nail olmuşam. Bütün arzularım pillə-pillə reallaşır.

    “İÇKİ, SİQARET REKLAMLARINDA ÇƏKİLMƏDİM, HƏR İŞDƏ KOMMERSİYA AXTARMADIM”

    – Sizi 20-22 il olar tanıyırıq. Kifayət qədər də tamaşaçı ordunuz var. Sirr deyilsə, bu sevginin sirri nədədir? Bəs tamaşaçı itirməkdən necə, heç qorxmursunuz?

    – Əlbəttə, qorxuram. Həyatda 1-cilik kimi qeyri-sabit heç nə yoxdur. Kim deyir ki, mən 1-ci, 2-ci, 3-cüyəm, bax, o kənardan çox gülünc səslənir. Mənə də kimsə deyəndə ki, sən 1 nömrəli şoumensən, xoşum gəlmir. Belə sevgiyə görə təşəkkürümü bildirirəm, amma bir məsələ də var. İnsan ucaldıqca, müəyyən üstünlük qazanır, işi rahatlanır. Digər tərəfdən, bu, məsuliyyət tələb edir. Hər zaman öz işimdə məsuliyyətli olmuşam. Hesab edirəm ki, sözüm kimsə üçün, hətta bir körpə üçün də önəmli ola bilər. Uşaqlıqdan tanınmışam. “Bakılı Oğlanlar”dan başladım, daha sonra televiziya layihələrim oldu. Çalışmışam ki, imicimi qoruyam. İçki, siqaret reklamlarında çəkilməmişəm, bu, mənfi şeydir. Özümü xırdalamadım, hər layihədə iştirak etmədim. Hər işə kommersiya gözü ilə baxmadım. Bunu ailəmə də bağlayıram. Ailədə demokratik, sərbəst şəraitdə böyümüşəm. Atam-anam heç vaxt yaradıcılığıma məhdudiyyət qoymayıb, əksinə, marağımı dəstəkləyiblər. KVN olmasaydı, mən bu gün belə Murad ola bilməzdim. KVN mənə bir az arxayınçılıq verdi, dostlar, əhatə, şərait verdi. Anar Məmmədxanovun komandaya olan xüsusi münasibətini də qeyd edə bilərəm. Mənim formalaşmağımda onların hər birinin xüsusi rolu var. Ulu Öndər Heydər Əliyevin bizim komandamıza olan xüsusi münasibəti, bizim ona olan sevgimiz, bu həyatda bəlkə də ən əvəzolunmaz hisslərdir. Eyni rəğbəti Prezident İlham Əliyevdən də gördük. Belə səlahiyyətli insanların maraq dairəsində olmaq insana ikiqat məsuliyyət verir. Biz tamaşaçı ilə oyun oynaya bilməzdik. Biz efirə çıxanda, KVN tamaşaya hazırlaşanda başqa bir həyəcan keçiririk. Bilirsiniz ki, bizim fəaliyyətimiz xaricdə idi. Bu da bizi ləkələmək üçün kimlər üçünsə fürsət ola bilərdi. Ona görə də diqqətli olmuşuq. Xoşbəxtəm ki, Azərbaycan və rus mədəniyyətini bilirəm və öz tamaşaçımı yaxşı tanıyıram. “Maşın”da, eləcə də “Yeni Ulduz”da söylədiyim şərhlərimdə tamaşaçılar deyirdi ki, Murad sanki ürəyimizi oxudun. Onlara başa sala bilmirəm ki, mən sizi tanıyıram axı… Hər zaman tamaşaçı tərəfdəyəm, ola bilsin ki, bunlar hamısı faktdır.

    – Murad Dadaşov deyərkən, “Maşın şou”dan danışmamaq mümkünsüzdür. Şoudan hər dəfə bir iştirakçı tərk edəndə böyük təəssüf hissi ilə “Maşın əldən getdi” deyirsiniz. Bəs özünüz necə, bu uduzmaq hissini yaşamısınızmı?

    – O qədər… O qədər uduzmuşam ki… O qədər kənarda qalmışam ki… Yenə də deyirəm, bu həyatda 1-cilikdən qeyri-sabit heç nə yoxdur. Hərdən 1-ciliyə çatmaq üçün, elə 2-ci, 3-cü olmaq yaxşıdır. Hər zaman həyəcan, gərginlik içində olmaq lazımdır. Əslində, bu sadə bir şey deyil. İlk dəfədir ki, bu barədə açıqlama verirəm, elə sizinlə bölüşəcəyəm. Bir yaradıcı insan kimi mənə hər zaman xanımların diqqəti ruh verib. Gözəl insanları görəndə sevinirəm, ilhamlanıram. O qədər olub ki, kimisə istəmişəm, amma onlar məni istəməyib. Burda söhbət sevgidən getmir. Elə şəxsi həyatımı da bu hisslər üzərində qurmuşam. Mən nədənsə düşünmüşəm ki, sevdiyim insan məhz mənim nailiyyətlərimə görə sevəcək.Mənim həyat yoldaşım mənim KVN fəaliyyətimi o qədər də bəyənmirdi. Universitetə gələndə, hər yerdə məni Murad Dadaşov deyə qarşılayırdılar. O, həmin qadındır ki, onu ilk dəfə görəndən sonra hesab etdim, mənim həyatım məhz bu xanımla bağlı olacaq. Uğur qazanmış insanların mütləq şəkildə məyus olduğu anlar olub. Ən uğur qazanmış insanlar belə, keçmişlərində ən geridə qalmış hadisəni yaşayıblar. Böyük zərbə alıblar deyə, bu uğura qalxıblar. Ona görə də, bu uğurun dadını o başqa cür bilir.

    – Şübhəsiz ki, Murad Dadaşov bir çox sənətçilərə yol açıb. Onların öz ad və soyadları ilə tanınmasında, hətta efirə buraxılmasında sizin dəstəyiniz var. Sizin bu addımınız təkrarlanıb. Günel Ələkbərova (Pişik Günel), Tarix Əliyev (Tolik) kimi, Talıb Tale isə “youtube”dan tanınırdı.

    – Mənim 3 övladım belə həmişə tərəfdarı olub ki, onları öz adları ilə çağırım. Atam belə kiminsə adının dəyişdirilməsinin əleyhinədir. Düzdür, yaradıcı insanın təxəllüsü olmalıdır, bu, başqa məsələdir. Tarix Əliyevə (Tolik) deməyin həmişə əleyhinə olmuşam. “Maşın” şounun da məqsədi onları özləri kimi təqdim etmək, maarifləndirməkdir. Şouya tanımadığım bir insanı dəvət etsəm də, hər biri şəxsi hörmətim sayəsində oyuna gəlib.

    “KİM DEYİR Kİ, BİRİNCİYƏM, BU, KƏNARDAN GÜLÜNC SƏSLƏNİR”

    – Deyəsən, həmişə ayrıseçkiliyə qarşı olmusunuz, kiminsə əzilməsinə icazə verməmisiniz…

    – Bütün veriliş boyu hər kəsə başa salmaq istəyirəm ki, şouda təsadüfi insan yoxdur. İnanın mənə, iştirakçılarla bir gün keçirsəniz tanıdıqlarınızı müsbət mənada yenidən kəşf edəcəksiniz. Onların təmizkar olduğunu, daim mütaliə etdiyini və bu kimi bacarığını görəcəksiniz. Əksəriyyəti uşaqlıqda acı həyat keçirib. Mən biri-birimizə nifrət bəsləməyə qarşıyam. Kimlərinsə arasında böyük qalmaqal yaşansa belə, final günü demişəm ki, uşaqlar özünüzdə güc tapın, barışın. Biz çox deyilik ki, düşmən də olaq.

    – Şouda iştirakçılar arasında yaranan qalmaqal illərin küsülülüyünə də yol açır. Bəs şoudan sonra sizdən incik düşən olubmu?

    – Ola bilsin ki, olub, amma bunu mənə heç vaxt bildirməyiblər. Daxilən bu narazılığı yaşayan insanlar ola bilər. Bu, bir yarışmadır. Oyunun ikincisi, üçüncüsü, beşincisi yoxdur. Siz ancaq qalibin adını yadda saxlayırsınız. Nəticə yadda qalır. Tarix nəticə sevir və tarixdə qalib unudulmur. İştirakçılar bilsin ki, onları şouya xüsusi, qayğı, diqqət nəticəsində dəvət etmişəm. “Maşın”a hər kəs düşə bilməz, şou hamı üçün deyil. Hər kəsin ulduz bildiyi “Maşın”nın iştirakçısı olmaya da bilər, ona görə ki, o şou üçün maraqsız ola bilər. Partlayış gözlədiyimiz heç nə ilə yadda qalmadı və ya əksinə…Məsələn, Üzeyir Mehdizadə. O, Azərbaycandan kənarda da çox məşhurdur. Onun xaricdə stadionları dolduran konsertləri olub. “Maşın”da onu tanıdım və əmin oldum ki, o dəyər daşıyıcısı olan insandır. Onun xüsusi mədəniyyəti var. Mahnıları sevilməyə bilər, amma bu onun xarakterinə uyğun olmaya bilər. Üzeyirin əlini çəkib getməsi məni təəssüfləndirdi.

    – “Maşın”ın tarixində ən çox kimin tərk etməyinə heyfslənmisiniz və yaxud qalib olması sizi sevindirib?

    – Hər dəfə şou başlayanda bir yerə toplaşıb müzakirələr aparırıq ki, kim qalib gələ bilər. Hərə öz versiyasını deyir. Nəticədə mənim cavabım yalnış olub. Mənim qalib bildiyim insan ya 1-ci ya da 2-ci olaraq şounu tərk edib. Maraqlı bilirsinizmi nədir?! Şounun sonunda qalib əlini götürdüyü anda başa düşürsən ki, maşın elə onun qisməti imiş. Yaxşı ki, elə o uddu deyə sevinirsən. “Maşın”nın belə bir möcüzəsi var.

    Qarşıda tamaşaçıları gözləyən yeni layihələrdən danışaq…

    – Televiziya çox dəyişib, ilkin əhəmiyyətini itirib. Müxtəlif yeni yayım platformaları televiziyanı geridə qoyub. Verilişlərin davamiyyəti belə qısalıb. Sən qısa müddətdə tamaşaçının diqqətini cəlb etməlisən. Yeni layihərdən danışarkən mən bu kimi amilləri üstün tuturam. Bundan əlavə, Azərbaycan tamaşaçısı istəsə xarici kanallara da baxa bilər. Seçim azadlığı var, düşünün ki, rəqabət üçün nə qədər geniş meydan var. Ona görə də, hər bir layihəyə xüsusi məsuliyyət tələb edirəm. Bunu fəxrlə qeyd edə bilərəm ki, bu gün Azərbaycanda yeganə xarici lisenziyalı veriliş varsa, o da “Davam ya tamam”dır. Oyunun qaydası belədir ki, ən azı 1 manat udacaqsan. Bu şounu çox sevirəm. İlki uğurlu alındı, ikincini də təqdim etməyə hazırlaşırıq. “Maşın”ın növbəti sürəti gözlənilir. MGP tarixində ilk dəfə olaraq ilk televiziya serialına imza atmaq niyyətindəyik. Hər kəs bilir ki, ötən il “Bayram axşamı” filmini təqdim etmişdik. “Ağlama” şousu hazırlanacaq, komediya şousudur. İndi hazırlıq dövrüdür. Format belədir ki, gülməyi, güldürməyi bacaran, xüsusi intellekt sahibi olan maraqlı insanlar bir araya gələcəklər. Onlar şouda iştirak edərək bir fayda qazanmalıdırlar. Qazandıqları da təbii ki, pul olacaq. Kim gəlib bizi güldürə bilsə, mütləq pulunu da qazana biləcək. Əminəm ki, tamaşaçıların sevgisini qazana biləcək.

    “MAŞIN”DA İŞTİRAKÇI OLSAM İLK MƏNİ UZAQLAŞDIRARLAR”

    – “Maşın 14”də 30 minlik, 15-ci sürətdə isə 60 minlik avtomobil uduşa qoyuldu. Bəs 16-cı sürətdə nə kimi sürprizlər gözlənilir?

    – “Bu “Maşın”da hədiyyə təyyarə olacaq. Onda özüm şouda iştirak edəcəyəm (gülür). Əgər mən şouda iştirakçı olsam, hamı elə ilk olaraq məni şoudan uzaqlaşdırar. Bu, 100% belə olar. Onu da bilirəm ki, sona qalsam maşını elə özüm apararam. Belə şoulara gəlməyənləri də başa düşürəm və hər kəsi də dəvət etmirəm. İstərdim həm onu tanısınlar, həm də şou marağı olsun. Kimsə deyir ki, pul ödəyib gəldilər, sponsoru var, mən belə şeyləri önəmli saymıram. Səsvermə şəffafdır. O qədər olur, iştirakçılar deyir ki, mənə filankəslər səs verir, amma nəticə belə olmur.Xüsusi hallarda mobil operatorlarla münasibət bağlayıb hər şeyi araşdıra bilirik. Dəfələrlə şahidi olmuşuq ki, heç doğmaları da səs verməyib. “Maşın” olaraq bir tarix keçmişik, əgər yalan olsaydı, kimsə iştirakçı olmazdı, sevilməzdi. İstək var ki, bu şou elə çoxu üçün də əlçatmazdır.

    – Atalar qızlarını daha çox sevirlər. Siz isə üç oğul atasısınız. Nə zamansa, qız atası olmaq arzusunda olmusunuzmu?

    – Uşaq vaxtından həmişə istəmişəm ki, qızım olsun. Məktəb vaxtı belə dostlar öz aramızda müzakirə edəndə hamı deyirdi oğlum olsun, mən qız deyirdim. Qız övladı arzusu ilə yaşamışam. İllər keçdikcə, anlamışam ki, Allah bilən məsləhətdir. Hər üç oğlum çox önəmlidir. Mən həyəcan içində yaşayan, narahat insanam. Fikirləşirəm, qız övladım olsaydı, onun həyat və yaşayış tərzinə müdaxiləm çox olacaqdı. Yazığı bədbəxt edəcəkdim (gülür). Evə tez-tez zəng edəcəkdim ki, niyə evdə deyilsən? Bəlkə dediklərim kənardan kiməsə gülməli səslənir. Nə bilim… Evdə bişməyib, qonşudan gəlməyib. Mənim heç doğma bacım da yoxdur. Belə şeylərə hazır deyiləm. Bir şeyi deyə bilərəm ki, atam məndən qat-qat mülayim insandır. Heç vaxt ondan qadağa görməmişəm. Elə ailədə böyümüşəm ki, “olmaz” tipli cavabları özüm vermişəm. Atam kimi ola bilmirəm, olmazlarım çox olur. Ya dövr dəyişib, ya da uşaqlar böyüyüb. Hərdən deyirlər, Murad sən yaxşı adamsan, amma bunu övladlarımız böyüyəndə biləcəyik. İnsanın şəxsiyyətinin göstəricisi, onun balalarıdır.

    “ÖZÜMÜ MÜKƏMMƏL TELEVİZİYA APARICISI KİMİ GÖRMÜRƏM…”

    – Bəs övladlarınızın gələcəyi barədə düşünmüsünüzmü? Davamçınızın olmasını istərdinizmi?

    – Bu sahə insandan istedaddan başqa, “naxış” da tələb edir. Uğur, “naxış”la bağlıdır. Üçü də istedadlıdır. Nə qədər ciddi də olsa, böyük oğlum çox yüksək yumor hissinə malikdir. Gözəl parodiyalar edir. Onlara tənqidi yanaşıram. Mənə elə gəlir ki, mənə xarici görkəm barədə ən çox bənzəyən ortancıl oğlumdur. Üstəlik onun gözəl zövqü də var. Eynən özüməm. Hər hansı bir seriala da baxanda orada süjet xəttini analiz edir. Əli informasiyanı çox sevəndir. Bu məni çox sevindirir.

    – Ağlınızda elə bir layihə varmı ki, onu hələ gerçəkləşdirməmisiniz?

    – Bilirsiniz, elə layihələr var dillər əzbəridir, amma mahiyyətini başa düşmürəm. “Survivor” kimi dünyada sözünü demiş layihə var ki, onun bu gün Azərbaycanda keçirilməsi böyük problemlər yaradır. Mailiyyə cəhətdən Azərbaycan üçün bahalı bir layihədir. Hesab edirəm ki, bunu reallaşdıracaq kommersiya şirkəti böyük məğlubiyyətə uğrayacaq. Bundan əlavə, qalmaqal adını çıxartmış “Maşın” kimi layihənin aparıcısı olaraq, onu demək istəyirəm ki, dəyərlərimizi itirməyən layihələr işləmək lazımdır. Azərbaycan Dövlət Himni müğənnilərin ifasında ilk dəfə bizim şouda səsləndi.

    – “Maşın şou”da bir gün olmamağınız tamaşaçıların ajiotajına səbəb oldu. Sizdən başqa, şounu kim apara bilər?

    – Sizə açıq deyim, mən özümü mükəmməl televiziya aparıcısı hesab etmirəm. Bu təvazökarlıq deyil, həqiqətdir. Mən kadrarxası işləri də bacarıram. Etiraf edirəm ki, yaxşı prodüserəm. “Maşın” başlayır, iştirakçılar bəzənib, öz əyləncələrində, amma mən böyük gərginlik yaşayıram. Peşəmi sevirəm, bunu bacarmasaydım, yəqin pis vəziyyətdə qalacaqdım (gülür). Bu şounun aparıcısı olmaq çox çətin bir məsələdir, ona görə ki, müəllif əsəridir. Bu, mənim özümlə bağlıdır. Gələn insanlar mənim dəvətim əsasında yer alırlar. “Maşın” mənimlə tanındı. İstərəm başqa aparıcı da aparsın, mən də istirahət edim.

    “ŞOU-BİZNESDƏ OLAN DOSTLUQLAR SADƏCƏ İŞ BİRLİYİDİR”

    – Şou-biznesdə dostluqların səmimi olmasına inanırsınızmı? İllər ərzində nə qədər dəyişən simalar görmüsünüz?

    – Şou-biznesdə olan dostluqlar tandemdir və sadəcə, iş birliyidir. Mənim dostum o qədər çox deyil. Dostluq insanlardan xüsusi məsuliyyət tələb edir. Yaxşı dostluğu bacarmaq özü bir işdir. Hər adam bunu bacarmır. Deyə bilərəm ki, yaxşı tanışlarım var. İşə gəlib çıxanda anlaşılmazlıq yaranır. Belə bir ifadə var, deyirlər, mədəniyyət insanlarından yaradıcılıq görmək istəyirsinizsə, onları bir binaya salmayın. Orada mütləq fitnə-fəsad yaranacaq.

    – Nəyə kompleksiniz var?

    – Efir adamı görkəmli olmalıdır. Nümunəvi görkəm daşıyıcısı olmalıdır. Mən çox, olduqca təmbəl insanam. İdmanı sevmirəm, hansı ki, sevməliyəm. Üstəlik, mən diqqəti sevən insanamsa, təmbəl olmamalıyam.

    – Azərbaycanda layihələriniz kifayət qədər sevilir. Bəs beynəlxalq layihələr barədə düşünürsünüzmü?

    – Biz mediadaxili iqtisadi münasibətlərimizi tənzimləməyənə qədər bu işdə iştirak etmək, əlbəttə, çox çətin olacaq. Xarici şoularda iştirak edirəm, amma o yola çıxmaq üçün biz buradakı yolu kifayət qədər keçməliyik. Dostlarımızı da, azsaylı düşmənimizi də düşünməliyik. Məsuliyyəti dərk etməliyik.

    – “SorğuMUZ”un sonuna gəldik, təəssüratlarınızı bilmək istərdik…

    – Maraqlıdır. Ümumiyyətlə, müsahibəyə hazırlıqlı gələn insanları sevirəm. Minnətdarlığımı bildirirəm ki, hazırlaşıb gəlmisiniz. Hətta keçmişimlə bağlı məqamlara da toxundunuz. “Google” tipli suallardan uzaq oldunuz. Düşünürəm ki, mən də sizə maraqlı müsahib oldum.

  • Sumqayıtda dəhşətli hadisədə ölən gəncin FOTOLARI

    Martın 12-nə keçən gecə Sumqayıtda baş vermiş dəhşətli qəzada ölən 27 yaşlı Eldar Həsənovun fotoları yayılıb.
    Lent.az xəbər verir ki, idarə etdiyi qırmızı rəngli “OKA” ilə Sumqayıtda tanınan Eldar avtomobilin “Hyundai” markalı digər nəqliyyat vasitəsinə çırpılması nəticəsində hadisə yerində vəfat edib. 28 yaşlı Vüsal Quliyev isə xəstəxanada keçinib.

    Faktla bağlı Sumqayıt şəhər Polis İdarəsində cinayət işi açılıb, araşdırma aparılır.

  • Эльдар Азизов: «Из 98 домов на оползневой территории документы имеет только один»

    «Жителям расположенных на оползневом участке Баил домов предоставляются платы за арендное жилье в соответствии с составом семьи».

    Как сообщает АПА, об этом сказал глава исполнительной власти Сабаилского района Эльдар Азизов. Он отметил, что жильцы домов, которые расположенные на оползневой зоне, будут переселены: «Вопрос о выплате компенсаций рассматривается Министерством финансов. Из 98 домов на оползневой территории документы имеет только один. Здешние дома были построены незаконно. В связи с данным вопросом мы обратились в прокуратуру города Баку, в настоящее время они рассматривают его. Постараемся сделать так, чтобы этот вопрос нашел свое решение».

    Глава ИВ не назвал сумму компенсации, которая будет выплачена жильцам домов, которые находятся в аварийном состоянии.

  • В прошлом году в Азербайджане были списаны долги более 154 тыс. налогоплательщиков

    В прошлом году долги 163 314 налогоплательщиков составили 1 912 624,9 тыс. манатов.

    Как передает АПА-Экономикс со ссылкой на отчет Кабмина, в прошлом году были списаны долги 154 279 налогоплательщиков на 2 285 354,8 тыс. манатов. Полностью были списаны долги на 907 868,7 тыс. манатов (39,7%), частично – на 1 377 486,1 тыс. манатов (60,3%).

  • В Баку нас травят, а виноваты…мы сами -SOS!!!

    Так что решайте сами травиться или нет…
    Чует моя душа травимся мы. Сами виноваты. Да, сами. Речь идет о санитарном состоянии донерных, о несоблюдении работниками личной гигиены. Многие из них не имеют понятия о чистоплотности. Донерчи без перчаток трогает хлеб, продукты. Один из донерчи на моих глазах порезал немытую зелень и добавил в донер, а клиент, которому достался этот фаст-фуд, не задумываясь, принялся, охотно его есть. Медленное, но эффективное самоубийство.

    Преувеличиваю? Когда пища готовится без перчаток, то нельзя быть уверенным в том, что её не коснется вирус какого-нибудь опасного заболевания. Но, тем не менее, очень многие не боятся покупать и употреблять донеры и мучные изделия, которые готовятся прямо на улице, на открытом воздухе. Хотя специалисты недвусмысленно предупреждают, что в этом случае велик риск и заразиться инфекцией от птиц, мух, комаров, собак и кошек, от которых вирусы могут легко передаваться по воздуху. Наряду с этим, при употреблении продуктов, приготовленных с нарушением гигиенических норм, вполне реален риск отравления.

    Председатель Союза свободных потребителей Азербайджана Эйюб Гусейнов заявилканалу ARB , что в Баку и его пригородах действует порядка 15 тыс. донерных (род восточного фаст-фуда, где мясо жарится на вертикальном механическом вертеле).

    Большинство таких заведений действует без соблюдения санитарно-гигиенических правил и правил хранения мяса, которое подлежит хранению в замороженном состоянии при -20 градусах. По его словам, действующее законодательство позволяет потребителям требовать гигиенический сертификат, но практика показывает, что подавляющее большинство покупателей этот документ не интересует.

    Самое трудное в этом вопросе, что-то советовать. Ну, как можно советовать что-то есть, а что нет? Организм всё-таки у всех разный и требует он тоже разное. Да и мы сами тоже разные, вирусы тоже разные. Так что решайте сами травиться или нет…