Month: Mart 2018

  • Biləsuvarda cinsiyyət orqanında İrandan narkotik gətirən qadın saxlanılıb – ŞOK

    Irandan Azərbaycanda narkotik gətirmək istəyən 2 nəfər saxlanılıb.

    Median.Az xəbər verir ki, DGK-dan day.Az-a verilən məlumata görə, Astara gömrük keçidindən piyada keçən vətəndaş yoxlanış üçün rayon xəstəxanasına aparılıb. Tibbi müayinə nəticəsində həmin şəxsin düz bağırsağında dörd ədəd bükümdə xalis çəkisi 37,900 qram olan narkotik vasitə – heroin aşkar edilib.

    Digər şəxs isə Biləsuvar rayonunda saxlanılıb. Qadın vətəndaşın cinsiyyət orqanında 2 bükümdə, ümumi xalis çəkisi 49,583 qram olan psixotrop maddə – metamfetamin aşkar edilib.

  • Azərbaycan pomidoru: Bakıda da 5 manat, Tümendə də – FOTO

    Martın ikinci yarısından Bakıdakı topdansatış mərkəzlərində pomidor və xiyar kəskin bahalaşıb. Hazırda Bakı bazarlarında Zirə pomidorunun 1 kiloqramı 6-7 manatadır. İran və Gürcüstandan gətirilən pomidorun kiloqramı isə 2 manat 50 qəpik – 4 manat arası satılır.

    Digər meyvə-tərəvəz məhsullarından fərqli olaraq, pomidorun qiyməti bir gecə içərisində artırılıb. Belə ki, martın 17-dən pomidorun bahalaşacağı ilə bağlı satıcılara xəbərdarlıq edilib, ertəsi gün bütün topdansatış mərkəzləri qiyməti 2 dəfə artırıb.

    Hazırda Bakının ən ucuz bazarı sayılan “8-ci kilometr” bazarında salxım pomidor 7 manata, Zirə pomidoru iriliyindən asılı olaraq 5-7 manata, Qazax pomidoru 3 manat 50 qəpik, Şəmkir pomidoru 3 manat 50 qəpik-4 manat, çəhrayı pomidor 4 manata satılır. Türkiyə pomidoru isə nisbətən ucuz – 2 manat 50 qəpik-3 manata təklif edilir. Xiyarın qiymətinə gəldikdə isə, patron 4 manata, melit növ xiyar 3 manata, İrandan gətirilən xiyar 2 manata, Bakı istixanalarının məhsulu isə 3 manata satışdadır.

    Satıcılar bildiriblər ki, qiymətlərə bayram və qıtlıq təsir edib. Bayramdan sonra qiymətlər nisbətən ensə də, rayonlardan məhsul gətirənlər azalıb.

    Meyvə-tərəvəz satışı ilə məşğul olan Həsən Abdulov bildirib ki, bayramdan sonra satış zəifləyir. Indi əsasən kartof, soğan kimi gündəlik istifadə edilən tərəvəzlər satılır.

    “Təzə bazar”da isə kiloqramı 3 manat 50 qəpikdən ucuz pomidor tapmaq mümkün deyil. Zirə pomidoru 7 manata, Türkiyə pomidoru isə 4 manata təklif edilir. Bayram ərəfəsi isə pomidorun qiyməti 9-11 manatdan ucuz olmayıb. Hazırda bazarda çəhrayı pomidor 4 -4 manat 50 qəpiyə, Şəmkir pomidoru 4 manat 40 qəpiyə, patron xiyarları isə 5 manata satışa çıxarılıb.

    Bakı bazarlarında pomidorun bu cür kəskin bahalaşmasını bəlkə də mövsüm amilləri ilə izah etmək olardı. Lakin araşdırmalarımız göstərir ki, Azərbaycan istixanalarında yetişdirilən pomidorun qiyməti baxımından Bakı və Rusiyanın hətta ən ucqar şəhərlərinin bazarları arasında ciddi fərq yoxdur.

    Belə ki, Tümen bazarlarında hazırda Şəmkir pomidoru Azərbaycan valyutası ilə təxminən 5 manat-5 manat 20 qəpiyədir. Bunu Tümendə yaşayan və ticarətlə məşğul olan azərbaycanlılardan dəqiqləşdirdik. Moskvadakı soydaşlarımızdan aldığımız məlumata görə isə hazırda Rusiya paytaxtının bazarlarında Bakı və Şəmkir pomidorlarının qiyməti təxminən 180-200 rubl arasındadır. Bu, 4-6 manat deməkdir.

    Bakı xiyarı isə Moskva bazarlarında Bakının özündən xeyli ucuzdur-cəmi 2 manata təklif edilir.

    Bəs necə olur ki, Azərbaycanda yetişdirilən pomidorun yerli bazarlardakı qiymətləri ilə qonşu Rusiyanın bazarları arasındakı qiyməti demək olar eynidir? Axı bu heç bir iqtisadi qanunlara sığmır. Yerli bazarlarda qəfildən pomidoru iki dəfə bahalaşdıran qüdrətli əllərin sahibləri kimlərdir?//virtualaz.org

  • Polis Bakıdakı mitinqlə bağlı məlumat yaydı

    Bakı şəhər Baş Polis İdarəsi Milli Şuranın Bakıda keçirdiyi mitinqlə bağlı məlumat yayıb.

    İdarədən oxu.az-a daxil olan məlumatda bildirilir ki, martın 31-də özünü Demokratik Qüvvələrin Milli Şurası adlandıran quruma daxil olan partiya və birliklərin Yasamal rayonundakı idman-sağlamlıq kompleksinin stadionunda Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmış mitinqi keçirilib.

    Saat 15.00-dan 17.00-dək davam edən toplantıda Azərbaycan Xalq Cəbhəsi, Müsavat və Azərbaycan Xalq partiyalarının, Müsəlman Birliyi, “NİDA” hərəkatlarının, eləcə də müxalifətyönümlü bir sıra qeyri-hökumət və gənclər təşkilatlarının ümumi sayı 1200 (min iki yüz) nəfərədək olan üzvü və təəssübkeşi iştirak edib.

  • Ankarada metroda qəza: İki vaqon toqquşdu – FOTO

    Hadisə səbəbi ilə Kızılay və İvedik istiqamətində metro işləmirt

    Bu gün səhər saatlarında Ankarada metro qəzası baş verib.

    Sputnik Azərbaycan Sözçü-yə istinadən xəbər verir ki, Ankara bələdiyyə başçısı Mustafa Tuna Twitter hesabından bildirib ki, qəza metro xəttinə baxış zamanı baş verib. Kızılay-Batıkent istiqamətində səfərlər başlamadan öncə baxış keçirilən iki metro qatarları bir-biri ilə toqquşub. Qəza nəticəsində vaqonlara ciddi ziyan dəyib.

    Baş verən qəzada ölüm hadisəsi baş verməyib. Hadisə səbəbi ilə Kızılay və İvedik istiqamətində metro işləmirt. Sərnişinlər avtobuslar vasitəsi ilə mənzil başına çatdırılır.

  • Avtomobil Yolları Dövlət Agentliyi Ramanıda ağacları kəsdi- FOTOLAR

    Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Ramanıda ağacları kəsib yol çəkir.

    Median.Az xəbər verir ki, bu barədə AFN-ə məlumatı qəsəbədə yaşayan sakinlər veriblər.

    Onların sözlərinə görə və aşağıdakı fotolardan da göründüyü kimi, kəsilən ağaclar agentliyə məxsus maşınlara yüklənib daşınıb.

    Sakinlər bildirirlər ki, hadisə Ramanıya girişdə yolun sağında sahibini tanımadıqları obyektin qarşısında baş verib: “Yəqin ki, obyektin qarşısını asfaltlayırlar, ona görə ağacları kəsirlər”.



  • “Bir otaqlı evdə 7 nəfər yaşayırıq” – Şəhid ailəsi şikayətçidir (FOTO)

    1994-cü ildə Ağdamda şəhid olan Qarayev Rafiq Sədiyar oğlunun Göyçayda yaşayan ailəsi evsizlikdən şikayətçidir.

    Şəhidin bacısı 46 yaşlı Aygün Qarayeva “Qafqazinfo”ya bildirib ki, anası, qardaşı və ailəsi ilə birlikdə çətin vəziyyətdə yaşayır:

    “Anam uzun zamandır ağır xəstədir, yeriyə bilmir. Qardaşımın şəhid olduğuna görə aldığımız pul ancaq iynə-dərmana çatır. Hazırda bir otaqlı evdə 7 nəfər yaşayırıq. Səhhətim normal olanda anama baxa bilirdim. İndi də onkoloji xəstəliyə görə kömək edə bilmirəm.

    Hələ ailədə autizmli xəstəmiz də var. Evimiz bərbad vəziyyətdədir. Vəziyyətimizlə bağlı  bir çox yerlərə məktub yazmışıq”.

    Şəhid bacısı deyir ki, ev üçün siyahıya düşsələr də, neçə ildir növbədədirlər:

    “Göyçay İcra Hakimiyyətindən gəlib evə baxıblar, sənədlərimizi alıb bizi siyahıya saldılar. Hələ ki, heç bir xəbər yoxdur. Dəfələrlə şikayət etdim. Dedilər, gözləyin tikilsin. Evimizin də şəraitsizliyi bizi lap xəstə edib”.



  • Bakı-Rostov yolunda DƏHŞƏT: Sevgilisini vəhşicəsinə öldürdü – FOTO

    Dağıstanda Bakı-Rostov trasında dəhşətli hadisə baş verib.

    Lent.az-ın Rusiya KİV-ə istinadən məlumatına görə, 25 yaşlı gənc sevgilisini daşla başına çırpa-çırpa öldürüb. Məlumata görə, hadisə trasın Xasavyurt şəhərindən keçən hissəsində baş verib.

    Taksidən düşən gənc və sevgilisi əvvəl mübahisə ediblər. Sonra isə gənc qadını yerə yıxan sevgilisi onu təpikləməyə başlayıb. Bununla da ürəyi soyumayan gənc oğlan yolun kənarından tapdığı iri daş parçalarıyla sevgilisinin başına vurmağa başlayıb.
    Bir neçə zərbədən sonra qadın keçinib. Dağıstan İstintaq Komitəsinin məsul işçisi Rəsul Temirbekovun bildirdiyinə görə, artıq qatil tutulub. Onun barəsində “qəsdən adam öldürmə” maddəsiylə cinayət işi açılıb. 

  • Azərbaycandakı dönərxanalarla bağlı şok açıqlama – “Ölmüş insan əti vururlar”

    “Azad İstehlakçılar Birliyi tezliklə bütün dönər hazırlayan restoran, kafe və obyektlərdə yoxlamalara başlayacaq. Təkcə Bakıda 15 000 dönərxana var. Lakin rəsmi sertifikat yalnız 2 şirkətə məxsusdur. Bu şirkətlərin isə 60 obyekti var. Digər dönərxanalarda istifadə olunan ətin içində mənşəyi məlum olmayan ət, at, eşşək əti, hətta ölü insan ətinin olması da istisna deyil. Bu bazara heç bir ciddi nəzarət yoxdur, yoxlamalar aparılmır”.

    Median.Az yerli KİV-ə istinadən xəbər verir ki, bu sözləri Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyib.

    O, sertifakatı olan 2 şirkətin adını da açıqlayıb: “Azprotein Foods Group” və “Səhliyalı”.

    “2014-cü ildə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi bu fast növünün hazırlanması və istehlakı standartlarını təsdiq edib, lakin qurumun ölkədə bu standratlara əməl olunub-olunmamasını yoxlaması haqqında məlumat yoxdur”.

    Komitənin mətbuat xidmətinin rəhbəri Fazil Talıblı bildirib ki, 2017-ci ildə Dövlət Qida Təhlükəsizliyi Agentliyi təsis olunduqdan sonra dönər satışına nəzarət bu quruma verilib. Bundan sonra nəzarətlə onlar məşğul olacaq.

    Qida Təhlükəsizliyi Agentliyinin mövzu barədə mövqeyini öyrənmək isə mümkün olmayıb.

  • Xarkovda öldürülən azərbaycanlının kimliyi məlum oldu

    Ukraynanın Xarkov şəhərində iki gün əvvəl baş verən silahlı insidentin təfərrüatı və öldürülən azərbaycanlının kimliyi məlum olub.

    Median.Az APA-ya istinadən xəbər verir ki, hadisə şəhərin Lev Landau prospektindəki “Ağdam” restoranında baş verib.

    Öldürülən azərbaycanlının 32 yaşlı, əslən Gürcüstanın Borçalı mahalından olan Zaur İsmayılov olduğu xəbər verilir.

    Z. İsmayılovun təsadüf nəticəsində gülləyə tuş gəldiyi və yerindəcə öldüyü bildirilir.

    Belə ki, bir qrup silahlı şəxsin restorandan çıxan digər şəxslərə hücumu zamanı Z. İsmayılov da ortada olub və güllədən yayına bilməyib. Hadisə zamanı restoranın digər millətdən olan müştəriləri də xəsarət alıblar.

    Qeyd edək ki, ötən gün Ukrayna mətbuatı Xarkovdakı restoranların birindən çıxan təxminən 10 nəfərə gözlənilmədən bir neçə nəfərin atəş açması barədə məlumat yayıb. Məlumatda bir nəfərin öldüyü, bir neçə nəfərin xəsarət aldığı, ölənin isə azərbaycanlı olduğu qeyd olunub.

    Faktla bağlı cinayət işi açılıb.

  • “Bozbash pictures”in “Ağsaqqal”ı evlənir – FOTO

    “Bozbash pictures”də “Ağsaqqal” obrazını yaradan aktyor Azər Baxşəliyev ailə qurmağa hazırlaşır.

    Toy may ayında şəhər restoranlarından birində baş tutacaq. Aktyor artıq toy hazırlıqlarına başlayıb.

    Qeyd edək ki, aktyorun ailə həyatı quracağı Nigar xanım ixtisasca rəssamdır.


    /
    milli.az