Month: Mart 2018

  • Salyanın “Şirvan” milli parkının əməkdaşı güllələnib

    Salyan rayonunda silahlı insident baş verib.

    Dünən axşam saatlarında “Şirvan” milli parkının əməkdaşı, 1961-ci il təvəllüdlü rayon sakini Xalıqov İltifat Şirəli oğlu güllə yarası alıb.

    Güllələyən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb. Hazırda hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

    Faktla bağlı araşdırma aparılır.
    /report.az

  • Bakıda qanunsuz satılan psixotrop tərkibli dərmanlar aşkarlanıb – FOTO

    Daxili işlər orqanlarının əməkdaşları tərəfindən insan orqanizminə ciddi zərər vuran, satışı müvafiq qanunvericiliyə əsasən qadağan olunan və yaxud məhdudlaşdırılan psixotrop tərkibli dərman preparatlarının alqı-satqısının qarşısının alınması istiqamətində növbəti əməliyyat tədbiri həyata keçirilib.

    Belə ki, Xətai Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində Siyəzən rayon sakini, əvvəllər məhkum olunmuş Əli Babazadə üzərində psixotrop tərkibli dərman preparatları saxlamaqda şübhəli bilindiyi üçün saxlanılıb. Onun üzərində hal şahidlərinin iştirakı ilə şəxsi axtarış keçirilən zaman 4 ədəd güclü təsiredici xassəyə malik “Preqabalin” həbləri aşkar olunaraq maddi sübut kimi götürülüb. Araşdırmalar zamanı Ə.Babazadənin psixotrop tərkibli dərmanları Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində yerləşən “Buta Aptek”dən 16 manata aldığı müəyyən edilib.

    Əməliyyat tədbirlərinin davamı olaraq həmin aptekin sahibi, Bakı şəhər sakini Orxan Rəsulov da saxlanılaraq istintaqa təqdim edilib. Ona məxsus aptekə baxış keçirilən zaman obyektdən satışı qadağan edilən psixotrop tərkibli 7640 ədəd “Tramadol”, 1 ədəd konvalyutada “Gabapentin” və 25 ədəd “Haloperidol-Richter“ həbləri aşkar olunaraq götürülüb.

    Qeyd edək ki, əməliyyat zamanı həmin aptekdən qanunsuz olaraq psixotrop tərkibli dərmanlar alan daha 6 nəfər də saxlanılaraq inzibati məsuliyyətə cəlb olunub.

    Faktla bağlı Xətai Rayon Polis İdarəsinin İstintaq şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.






  • Mətbuat Şurasının sədri: “Jurnalistin söyülməsi qəbuledilməzdir, biabırçılıqdır, alimə yaraşmayan hərəkətdir”

    Mətbuat Şurasının sədri Əflatun Amaşov Azərbaycan Milli Elmlər Akademiyası Coğrafiya İnstitutunun direktoru Ramiz Məmmədovun jurnalisti təhqir etməsinə münasibət bildirib.

    Median.Az-ın xəbərinə görə, Ə.Amaşov deyib ki, yazılanlar doğrudursa, yəni peşə fəaliyyətini yerinə yetirən jurnalist Ramiz Məmmədova hansısa məsələ ilə əlaqədar fikir öyrənmək üçün müraciət edibsə, qarşılığında söyüş və təhqir eşidibsə, bu, bir elm adamı üçün qətiyyən yolverilməzdir, qəbuledilməzdir, biabırçılıqdır, alimə yaraşmayan hərəkətdir. Mətbuat Şurasının sədri əminliklə bildirib ki, Milli Elmlər Akademiyasının rəhbərliyi bununla bağlı ciddi ölçü götürəcək.

  • Londonda Rusiya təyyarəsində axtarış aparıldı

    Britaniya təhlükəsizlik qüvvələri hər hansı əsas olmadan London aeroportunda “Aeroflot” hava yolla şirkətinə aid təyyarəyə baxış keçirib.

    Median.Az xəbər verir ki, bu barədə “RİA Novosti”yə aviaşirkətdən olan mənbə məlumat çatdırıb.

    “Britaniya tərəfi təyyarəyə baxış keçirilməsi üçün heç bir əsas göstərməyib. Baxışın başa çatmasından sonra qərara alındı ki, ekipaj üzvləri təyyarəyə əlavə baxış keçirsin. Belə ki, Britaniyalılar axtarış aparan zaman bütün ekipaj üzvlərini təyyarədən düşməyə məcbur etmişdi” deyə agentliyin müsahibi bildirib.

    Rəsmi Moskva insidentlə bağlı sərt reaksiya göstərib. Rusiya xarici işlər nazirliyinin rəsmisi Mariya Zaxarova bildirib ki, London Rusiya laynerində qəfil axtarış aparmaqla, “Skripal işi” ilə əlaqədar xələl gəlmiş nüfuzunu xilas etməyə çalışır.

    Zaxarova bunun Britaniyanın növbəti təxribatı olduğunu diqqətə çatdırıb.

    Onun sözlərinə görə, insidentdən dərhal sonra RF səfirliyinin əməkdaşları hadisə yerinə gedib.

  • Bərdədə sex yanıb

    Bərdədə yanğın hadisəsi qeydə alınıb.

    Median.Az-ın Fövqəladə Hallar Nazirliyinə istinadən verdiyi xəbərə görə, Bərdə rayonunun Qasımbəyli kəndində ümumi sahəsi 21 m2 olan sexin qamışdan ibarət dam örtüyünün yanar konstruksiyaları 10 m2 sahədə yanıb.

    Sexin qalan hissəsi və bitişik obyektlər yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

  • Səudiyyə Ərəbistanı şahzadəsindən müharibə anonsu

    Səudiyyə Ərəbistanı şahzadəsi Məhəmməd bin Salman Əl Səud 10-15 ildən sonra İranla mümkün müharibədən danışıb.

    Median.Az xəbər verir ki, “Wall Street Journal” nəşrinə müsahibə verən şahzadə regionda hərbi qarşıdurmadan yayınmaq üçün dünya ictimaiyyətini rəsmi Tehrana qarşı daha sərt sanksiyalar tətbiq etməyə çağırıb.

    “Biz nə olursa-olsun, hərbi münaqişədən qaçmalıyıq. Əgər buna nail olmasaq, 10-15 ildən sonra İranla müharibə başlayacaq”, – şahzadə belə deyib.

  • Quba rayonuna 16 sm. hündürlüyündə qar yağıb – FOTO

    Qubada gündüz saatlarından etibarən əsməyə başlayan güclü külək günün ikinci yarısından dağlarda və rayonun özündə qar ilə müşayiət olunmağa başlayıb.

    Median.Az report.az-a istinadən bildirir ki, hazırda Xınalıq kəndində yerə düşən qarın hündürlüyü 16 sm-ə çatıb.

    Yağan qar Quba-Xınalıq yolunda çətinlik yaratmayıb. Yol hələlik açıq olsa da, səhər saatlarında təhlükəli olacağından ehtiyat edilir. Sulu qarın yollarda qar uçqunları əmələ gətirə biləcəyi bildirilir.

    Rayonun Yol İstismar İdarəsinin sahə rəisi Bilal Sultanov “Report”a açıqlamasında sürücülərə xitabən bildirib ki, martın 31-də Qubadan Xınalıq istiqamətinə və əks tərəfə gedib-gələrkən diqqətli olmaq lazımdır.

    “Bu yolda qəza riski qaçılmazdır. Xınalıq yolunda hər an qar uçqunları ola bilər”, – deyə o əlavə edib.

    Quba-Qonaqkənd istiqamətinə gedən yollara da qarın yağması çətinliklər yaratmayıb. Rayonun ucqar Xaltan və Buduq kəndlərinə də güclü qar yağır, burda nəqliyyatın və elektrik enerjisinin verilişində problemlər yaşanmayıb.

  • Bakıda kirayə avtomobillərə tələbat artıb – VİDEO

    Əvvəlki illərlə müqayisədə Bakıda kirayə avtomobillərə tələbat artıb.

    Median.Az
    “xezerxeber”ə istinadən bildirir ki, kirayə avtomobil xidməti göstərən şirkətlərin sayının çoxalması bunu deməyə əsas verir. Ötən illərə nisbətən belə şirkətlərin sayı təxminən 50 faiz artıb.

    Kirayə avtomobil bazarının çoxalmasının əsas səbəbi isə ölkəyə gələn turistlərdir.

    Amma tək əcnəbilər deyil, yerli sakinlərin də son vaxtlar kirayə avtomobil bazarına müraciətləri çoxalıb. Əsas tələbat nisbətən ekonom və daha çox sərnişin tutumu olan avtomobillərədir. Qiymətlər isə avtomobilin markasına və götürüldüyü müddətə görə dəyişir.

    Kirayə avtomobil heç də hər kəsə verilmir, bunun üçün maşını götürən şəxsdən xüsusi öhdəliklər tələb olunur. Hər hansı yol-nəqliyyat hadisəsi baş verərsə, icarə götürən dəymiş ziyanın yalnız bir hissəsini ödəyir.

    Bundan əlavə, toy üçün bir günlük bahalı avtomobil götürənlər də az deyil. Dağlıq rayonlara gedənlər isə “offroad” tipli avtomobil götürməyə üstünlük verirlər.

  • Dağıstanda qadın yolun ortasında vəhşicəsinə öldürüldü – FOTO + VİDEO

    Dağıstanda qısqanclıq zəminində dəhşətli qətl törədilib. Kişi küçənin ortasında qadının başını daş parçası ilə əzərək öldürüb.

    Median.Az xəbər verir ki, bu barədə RT məlumat yayıb

    Rostov-Bakı avtotrasında baş vermiş tükürpədici qətl müşahidə kamerasının obyektivinə düşüb. Görüntüdə kişi qadını avtomobildən düşürərək, onu yolun hərəkət hissəsinə sürüyür.

    Sonradan ona fiziki xəsarətlər yetirməyə başlayır. Qadın isə müqavimət göstərmir, sadəcə əlləri ilə üzünü bağlamağa çalışır.

    Ancaq bu onu xilas etmir. Hirsi soyumayan kişi yolun kənarından beton parçası götürərək, var gücü ilə qurbanın baş nayihəsinə zərbə endirir.

    Videoda beton parçasının zərbədən sonra parçalandığını görmək olur. Qatil bundan sonra parçalanmış hissələrlə qadına xəsarət yetirməyə davam edir.

    Yoldan maşınlar ötüb keçsə də heç kim, cinayət qurbanını xilas etməyə cəhd etməyib. Qətli törətməkdə şübhəli bilinən şəxs saxlanılıb.

  • Güclü külək fəsadlar törədib – XƏBƏRDARLIQ – VİDEO

    Güclü külək paytaxda fəsadlar törədib.

    Median.Az bildirir ki, güclü külək nəticəsində dəmir parçası qopub. Başqa bir yerdə külək yol nişanını aşırıb. Bir neçə yerdə isə ağaclar qırılaraq aşıb. Qırılaraq aşan ağaclar Yaşıllaşdırma Təsərrüfatı Birliyinin bitkilərin mühafizəsi şöbəsinin əməkdaşları tərəfindən doğranaraq ərazidən daşınıb.

    Qara Qarayev prospekti 58 ünvanında isə ağac elektrik naqilinin üzərinə aşıb.

    Gün ərzində ağacların qırılaraq aşması, qəzalı duruma düşməsi ilə əlaqədər Yaşıllaşdırma Təsərrüfatı Birliyinin Bitkilərin mühafizəsi şöbəsinə xeyli müraciət daxil olub.

    Bu arada Təhsil Nazirliyi küləklə bağlı tələbə və şagirdləri diqqətli olmağa, xüsusilə azyaşlı məktəb şagirdlərinin valideynlərini dərsə gedən övladlarını nəzarətdə saxlamağa çağırıb. Bu gün təhsil müəssisələrində sagirdlərim davamiyyətində də azalmalar müşahidə edilib.

    Baki Nəqliyyat Agentliyi isə sərnişinlərə xəbərdarlıq edib. İnsanlara dayanacaq pavilyonlarında avtobus gözləyərkən diqqətli olmaları tövsiyə edilir. Həmçinin, nəqliyyat mübadilə mərkəzlərinin ərazisində yolun hərəkət hissələrinə çıxmamaq, sərnişinlərdən yalnız müəyyən edilmiş dayanacaq məntəqələrində avtobuslara minib-düşmələri xahiş edilir.

    Hava şəraitinin kəskin dəyişilməsini nəzərə alaraq “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti bütün elektrik şəbəkələri üzrə təsis edilmiş növbətçilik üzərində nəzarəti gücləndirib. Güclü küləyin təsiri nəticəsində fərdi qaydada belə hər hansı problemlər yaranarsa, istehlakçılardan 199 Çağrı Mərkəzinə zəng etmələri xahiş olunur.
    Hava şəraiti ilə əlaqədar “Azneft” İstehsalat Birliyi də 1000 nəfərdən çox işçini dənizdən təxliyə edib. Dəniz neft-qazçıxarma obyektlərində yalnız mütləq zərurət tələb etdiyi qədər növbətçilər saxlanılıb.

    Bu arada Dövlət Əmək Müfəttişliyi işəgötürənlərə müraciət edib. Bildirilib ki, şiddətli külək şəraitində açıq havada işçilərə qızınmaq üçün fasilələr verilməli və ya iş dayandırılmalıdır. Küləyin gücü 6 bal və daha artıq olduqda, quruda kranlarla görülən bütün növ işlər dayandırılmalıdır. /xezerxeber.az